EPİLEPSİYA
Epilepsiya -yunanca “epilambano” sözündən götürulub, mənası “tuturam” deməkdir. Epilepsiya baş beynin çoxsəbəbli xroniki xəstəliyi olub, neyronların həddən artıq qıcıqlanması nəticəsində yaranır və epilepsiya tutmaları ilə nəticələnir.
Epilektik reyaksiyalar beyinin xarici və daxili təsirlərə verdiyi cavab reyaksiyasıdır. Bu reyaksiyalar tək-tək və seyrək epizodik tutmalar şəkildə olub, patogen epiloptogen təsir kəsiləndən sonra müşahidə edilmir.
Epileptik sindrom beyin qan dövranının pozulması, beyin şişləri, beyinin iltihabı, intoksikasiya və parazitlərlə zəhərlənmələr zamanı beyində baş verən patoloji ocaqların inkişafında da da baş verə bilir.
ETİOLOGİYASI: Epilepsiyanın əmələ gəlməsində irsi, perinatal və qazanılmış xarici mühit amilləri mühüm rol oynayır. Xarici amillərə neyroinfeksiyalar, neyrotoksikozlar, kəllə-beyin travmaları aiddir.
PATOMORFOLAGİYASI: Epilepsiya xəstələrinin beynindəki kistaların, çapıqların ətraflarında yerləşmiş atrofik- sklerozlaşmış ocaqlar aşkar edilir. Dəyişikliklər beyin qabığında, beyincik qatının orta qatında, görmə qabarının spesifik nüvələrində daha qabarıq nəzərə çarpır. Tutmalar beyin toxumasında mühüm dəyişikliklərə səbəb olur, xırda qansızmalar , damarlarda distonik pozulmalar, beyində durğunluq baş verir.
PATOGENEZİ: Epilepsiyanın əsas patomorfoloji mexanizmi neyronların fəaliyyətinin hipersinxponlaşmasıdır. Ocağın hipersinxron fəallığının güclənməsi qonşuluqdakı normal qabıq neyronlarının da bu prosesə cəlb olunmasına səbəb olur.
KLİNİKASI : Xəstəliyin əsas klinik əlaməti epileptik tutmalardır. Tutmalar gedişinə və şəklinə görə müxtəlif olurlar.
DİAQNOSTİKASI: Diaqnoz xəstənin və xəstə yaxınlarının sözlərinə və EEQ -nin nəticələrinə əsasən qoyulur. KT VƏ MRT-nın nəticələri də diaqnozun təsdiqlənməsində böyük rol oynayır.
MÜALİCƏSİ: Müalicəsi psixaterapiyadan, dərman müalicəsindən, əmək fəaliyyətinin yaxşılaşdırılmasından ibarətdir. Xəstəyə xüsusi pəhriz təyin edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"EPİLEPSİYA" haqqında müzakirə