Epileptik status
Epileptik status uzunmüddətli epilepsiya tutmasının baş verməsidir.Bu bəzən 30 dəqiqədən artıq bir müddətdə baş verən tutmalardır.Epileptik status zamanı şüur tam bərpa olunmamış bir-birinin ardınca baş verən tutmalar kimi də qeyd edilir.Epileptik status epilepsiyanın gedişini ağırlaşması və mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranan epileptik tutmalara ayrılır.Mərkəzi sinir sistemi səbəbli baş verən epilepsiya tutmaları hematoma və ekzogen intoksikasiyalar zamanı baş verir.Üzvi zədələnmələr zamanı isə epileptik status xəstəliyin başlanğıcından yarana bilir.
Müalicəsi
Epileptik status zamanı tərkibində 10 mq preparat olan 2 ml diazepam məhlulu 20ml qlükoza məhlulunda yavaş-yavaş venaya yeridilir.Bunu hər 15 dəqiqədən bir bir-neçə dəfə təkrar eləmək olar.Amma ümumi doza 40 mq-dan artıq olmamalıdır.Müalicəvi effekt əldə edilmədikdə vena daxilinə 1 ml 20%-li natrium oksibiturat vena daxilinə yeridilir.Tutmalar davam etdikcə və onların baş vermə tezliyi artdıqca barbitur narkozdan istifadə edilir.Bu zaman 100-250 mq dozada tiopental natriumun 20 saniyə ərzində vena daxilinə yeridilməsi məsləhət görülür.Effekt alınmadıqda 50 mq dozada hər 3 dəqiqədən bir vena daxilinə yeridilməsi məsləhət görülür.Barbitur narkozunun müddəti adətən 12-24 saat olur.
Epileptik status aradan qaldırıldıqdan və şüur bərpa olduqdan sonra antikonvulsantlar oral şəkildə qəbul edilir.
Epileptik statusun prolfilaktikası
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Epileptik status" haqqında müzakirə