Epileptik tutmaların növləri və differensial diaqnozu
Diaqnozun qoyuluşu və müalicə zamanı generalizə olunmuş epilepsiya tutmalarını isterik tutmalardan və bayılmaların qıcolma formalarından ayırmaq lazımdır.Epileptik generalizəolunmuş qıcolmalar aşağıdakılarla səciyyələnir:
- qısamüddətli olması
- mərhələlərlə davam etməsi
- şüurun itməsi
- qeyri-adi sidik ifrazı
- paroksizmal şüur pozğunluqları(koma,yuxu)
- işığa reaksiyanın itməsi
- arterial təzyiqin artması
- sianoz
Epileptik tutmalar istənilən anda baş verə bulur və çox vaxt xəstələr yıxılaraq zədələnirlər.
İsteriya tutmaları zamanı tutma adətən xəstə üçün əhəmiyyəıt kəsb edən müəyyən vəziyyətlərdə baş verir.Bu zaman xəstələr yıxılarkən zədə almırlar.İsterik tutmalar zamanı bəzən qəribə hadisələr baş verir.Belə ki,xəstələr yıxılan zaman paltarlarının yaxasını cırır,üzlərini cırmaqlayır,üzlərini cırırlar.Bu hallar bəbəklərin genişlənməsi,işığa arefleksiya ilə müşahidə edilmir.Bu zaman şüur pozulmaları az hallarda müşahidə edilə bilir.
Bayılmaların qıcolma tutmaları fonunda əvvəlcə şüur itir,əzələlər boşalır və yalnız bir-neşə saniyə keçdikdən sonra tonik qıcolmalar müşahidə edilir.Bu tutmalar qeyri-iradi sidik ifrazına, bəbəklərin genişlənməsinə səbəb ola bilir,xəstənin rəngi avazıyır,arterial təzyiq aşağı düşür.
Akinetik epileptik tutmaları adi bayılmadan fərqləndirmək lazımdır.Bu növ epilepsiya tutmaları qəflətən baş verir,xəstə huşunu itirərək yerə yıxılır.Bu zaman qıcolma olmur,atonik epileptik tutma baş verir.
Bayılma vegetativ distoniyalı xəstələrdə baş verir.Xəstə huşunu itirib yıxılmadan öncə ürək bulanması,zəiflik,görmənin dumanlanması,qulaqlarda küy tonları eşidilir.Bayılma zamanı ürək dolğunluğu azalır,nəbz tezləşir və ya yavaşıyır.
Xarici qıcıqlandırıcıların təsirindən də reflektor epilepsiya baş verə bilir.Bu cür tutmalar əsasən uşaq və yeniyetmələrdə baş verir.
Bəzən qadınlarda aybaşı vaxtı eplepsiya tutmaları baş verə bilir ki,buna aybaşı tutmaları deyilir.Bu hal hormonal sistemin dəyişməsi və bədəndə suyun ləngiməsi ilə əlaqədar olur.
Çox vaxt spirtli içki qəbul edən adamlarda da ilk 7-48 -ci saatlarda epilepsiya tutmaları baş verə bilir. Adətən bu tutmalar tonik-klonik xarakterli qıcolmalar olur.
Epilepsiya tutmaları yuxu dərmlarının qəfil kəsilməsi ilə də baş verə bilir.
Ürəyin köndələn blokadası zamanı 10 saniyədəın artıq davam edən və şüurun itməsi ilə gedən qıcolma tutmaları baş verə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Epileptik tutmaların növləri və differensial diaqnozu" haqqında müzakirə