Təsnif olunmamış epilepsiya tutmaları
Generalizə olunmuş epilepsiya tutmaları əksər hallarda şüurun itməsi ilə müşayət olunmaqla qıcolmalı və qıcolmasız formalara ayrılır.Tutmalar ensefaloqrammada ikitərəfli,simmetrik və sinxron epileptik dərəcələrlə xarakterizə edilir.
Generalizəolunmuş epilepsiya tutmalarının və qıcolmasız növü ayırd edilir.
Qıcolmalı forması zamanı şüur itir,5 dəqiqə davam edən tonik qıcılma qeyd edilir.Bu zaman qıcolma tutması yuxu halına keçən epileptik koma ilə qurtarır.Xəstə yuxudan atıldıqdan sonra isə amneziya qeyd olunur. Bəzi hallarda epileptik tutmadan sonra psixomator oyanma,şüurun dumanlanması və başqa psixi pozulmalar qeyd olunur.
Generalizəolunmuş epileptik tutmanın ikinci növü absans adlanır.
Absans özü sadə və mürəkkəb omaqla 2 yerə bölünür.
Sadə absans qıcolma və vegetativ əlamətlər olmadan,xəstə yıxılmadan şüurun itməsi ilə xarakterizə olunur.
Mürəkkəb absanslar zamanı isə şüurun itməsi və vegetativ pozulmalar müxtəlif hərəki pozulmalarla müşayət olunur.Bu pozulmalara aşağıdakılar aiddir:
- mioklonik səyirmələr
- üz əzələlərinin qeyri-iradi yığılması
- göz almalarının axması
- postiral tonusun itməsi
Elektroensefaloqrammalda mürəkkəb absans saniyədə 3 tezliklə ritmik zirvə-dalğa kompleksi ilə aşkar edilir.
Absansın bu forması 2-8 yaşlı uşaqlarda aydın şəkildə ifadə olunur.Belə ki,bu zaman uşaqlarda psixi və fiziki inkişafdan geri qalma müşayət olunur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir,proqnozu pisdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Təsnif olunmamış epilepsiya tutmaları" haqqında müzakirə