Balina əti haqqında
Necə seçməli?
Balina əti alarkən onun rənginə və üzərində ləkələrin olub olmamasına diqqət yetirmək lazımdır. Ətin rəngi parlaq, tünd çəhrayı və ya qırmızı, həm də ləkəsiz olmalıdır.
Necə saxlamalı?
Balina ətini digər ətlər kimi soyuducuda bir neçə gün saxlamaq mümkündür.Uzun müddət balina ətini saxlamaq üçün onu dondurucuya qoymaq lazımdır. Dondurucuda balina ətini 6 ay saxlamaq mümkündür.
Qida sənayesində
Balinanın çəkisi 160 tona qədər ola bilir. Onun ətindən, yağından və bulyon hazırlamaq üçün sümüklərindən istifadə olunur. Balina ətindən qızartma, soyutma, ətlərin, paştetlərin, soyuq qəlyanaltıların və ət souslarının hazırlanması zamanı istifadə olunur. Balina ətinin xüsusi qoxusu olduğuna görə onu bişirməzdən əvvəl texniki işlətmədən keçirmək lazımdır. Bunun üçün əti bişirməzdən əvvəl ən azı 20 dəqiqə qaynadıb suyunu atmaq lazımdır. 100 qram balina ətinin qida dəyəri:
- Zülallar – 22,5 qr
- Yağlar – 3,2 qr
- Su – 73,1 qr
- Kalori – 119 kKal.
Balina ətinin qidalılıq dərəcəsi mal ətininkinə daha çox oxşayır. Onun 18-20%-ni zülallar və 2%-ni yağlar təşkil edir. Ətin tərkibi PP, B2 vitaminləri, kalsium, xrom, natrium, kalium, fosfor, dəmir və maqniumla zəngindir. Balina ətinin tərkibi faydalı elementlər və orqanizm üçün vacib sayılan bioloji aktiv maddələrlə zəngindir. Ondan mütəmadi olaraq istifadə etmək qanda xolesterinin miqdarının azalmasına, mədə-bağırsaq, ürək və damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
Balina ətinin tərkibində olan E vitamini orqanizmin qocalmasının qarşısını alır, dəri xəstəliklərini müalicə edir və damar divarlarını möhkəmləndirir.
Balina ətinin tərkibində olan vitaminlər yaddaşın və beyin qan dövranının yaxşılaşmasına, depressiyanın aradan qalxmasına səbəb olur.
Balina ətində olan mikroelementlər ürəyin və sümüklərin möhkəmlənməsinə səbəb olur, qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır.
Balina ətinin zərərli xüsusiyyətləri
Balina ətinin zərərli olması onun düzgün saxlanılmadığı zamanlarda meydana çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Balina əti haqqında" haqqında müzakirə