Krivet

  • Müəllif: elnare
  • Tarix: 15 aprel 2018
  • Baxış sayı: 3 754
  • 0 rəy

Krivet xənçəngkimilər fəsiləsinə aid olan su heyvanlarındandır. Krivet onayaqlı heyvanlardan olub müxtəlif su hövzələrində yaşaya bilirlər. Onlara dünyanın bütün su hövzələrində rast gəlmək mümkündür. Krivetlərin ölçüsü 2-30 sm ölçüdə dəyişə bilir. Krivetlərin 100-dən çox növü var. Satış məntəqələrində bütün ölçülərdə olan krivetlərə rast gəlmək mümkündür. Krivet alarkən onun xarici görünüşünə diqqət yetirmək lazımdır.Əgər onun baş hissəsi qaradırsa, deməli bu krivet pis krivetdir. Krivetlərin üstündə sarı ləkələrin olması da krivetin xarab olduğunun göstəricisidir.
Kaloriliyi
Krivet əla dietik məhsul sayılır. Onun ətinin tərkibində zülallar və az miqdarda yağlar var. Onu qızardan zaman tərkibində olan kalorinin miqdarı yüksək olur.
100 qram krivet ətinin tərkibində olanlar:
- Zülallar – 22 qr
- Yağlar – 1 qr
- Su – 70 qr
- Kalori – 97 kKal.
Krivet əti zülallarla zəngindir. Onun tərkibində əvəzolunmaz amin turşuları var. Krivet əti çoxlu miqdarda yod, A, K, D, E vitaminləri ilə zəngindir. Krivet ətində kalium, kalsium, maqnium,fosfor, dəmir, molibden, ftor, sink, tokoferol, askorbin turşusu, tiamin, riboflobin, fol turşusu, niasin, retinol, beta karotin və s. var.
Krivet əti makro və mikro elementlərlə çox zəngindir. Onun tərkibində olan yodun miqdarı mal ətinin tərkibində olan yodun miqdarından qat-qat çoxdur. Tərkibində olan elementlər krivetin insan orqanizmi üçün faydalı olduğunun göstəricisidir. Davamlı olaraq krivet yemək immun sistemin yüksəlməsinə, qanın miqdarının artmasına, böyrəklərin fəaliyyətinin yaxşılaşmasına, saçların və dırnaqların möhkəmlənməsinə, dərinin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Krivet əti yemək tər və piy vəzilərinin funksiyasının normallaşmasına səbəb olur. Mütəmadi olaraq krivetlə qidalanmaq allergiya əlamətlərinin aradan qalxmasına, birləşdirici toxumaların funksiyasının artmasına, ürək qapaqcıqlarının, venoz membranın və arterial damarların funksiyasının yaxşılaşmasına səbəb olur. Krivet ətində xolesterinin miqdarı yüksək dərəcədədir. 
Krivet ətinin zərərli xüsusiyyətləri
Krivet əti özündə ağır metal duzlarını, mişyakı toplayıb saxlaya bilir. Bu maddələrlə zəhərlənmiş suda yaşayan krivetin ətindən yemək orqanizmə zəhərli maddələrin daxil olmasına səbəb olur.
Bir çox ölkələrdə süni yollarla krivetin yetişdirilməsi ilə məşğul olan müəssisələr var. Burada krivetlər müxtəlif antibiotiklər və hormonlarla yetişdirilir. Bu cür krivetlərlə qidalanmaq orqanizmin zəhərlənməsinə səbəb ola bilir. Bu səbəblərə gərə bəzi ölkələrdə krivetin idxalına qadağalar qoyulub. Çoxlu miqdarda qızardılmış krivet yemək qanda xolesterinin artrmasına və artıq çəkinin meydana gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Krivet" haqqında müzakirə