Kəklik əti

  • Müəllif: elnare
  • Tarix: 22 aprel 2018
  • Baxış sayı: 5 386
  • 0 rəy

Kəklik toyuqkimilər fəsiləsinə aiddir. Onun çox da böyük olmayan ölçüsü, cəld və çevik hərəkətləri olur. Kəkliyə dünyanın əksər ölkələrində rast gəlmək mümkündür. Kəklik ən çox Amerika meşələrinin məşhur quşu sayılır. Qida vasitəsi kimi kəkliyin ağ, adi və boz növlərindən istifadə olunur. Adi kəklik (dağ kəkliyi) kəkliyin ən kiçik növü sayılır. Onun çəkisi 400 qramdan, bədəninin uzunluğu isə 30 santimetrdən çox olmur. Dağ kəkliyinin tüklərinin rəngi parlaq qırmızı olur. Kəklik ətindən qədim zamanlardan istifadə edilir. Arxeoloji qazıntılar zamanı kəkliyin neandertal insanların yaşadığı zamanlarda da olduğu sübut edilmişdir. Kəklik ovçular tərəfindən çox ovlanan quşlardandır. Onu əsasən avqust ayının sonlarında ovlayırlar. Buna səbəb isə gənc kəkliklərin həmin dövrdə böyümüş olmasıdır. Kəkliklərin sayı azaldığına görə bəzi ölkələrdə onların ovuna qadağa qoyulub. Kəklik ətini mağazalardan və ya bazarlardan almaq məsləhət bilinmir. Onu işini yaxşı bilən ovçulardan almaq məsləhətdir. Kəklik ətini soyuducunun alt gözündə 2-3 gün, dondurucu da isə 2-3 həftə saxlamaq mümkündür. Kulinariyada kəklik ətindən müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir. Ondan salatlar, qızartma və sobada bişirilən yeməklər hazırlayırlar.
100 qram kəklik ətinin qida dəyəri: 
- Zülallar – 16 qr
- Yağlar – 20 qr
- Karbohidratlar – 0,5 qr
- Su – 65 qr
- Kalori – 253,9 qr.
Kəklik ətinin tərkibində A, PP, E, H,K vitaminləri, fosfor, kalsium, maqnium, kalium, natrium, kükürd, xlor, ftor, qalay, nikel, kolbat, moilibden və s. var. Kəklik ətinin müalicəvi xüsusiyyətlərinin olması barədə İbn Sinanın əlyazmalarında qeydlər var. Bu barədə o “Tibb elminin qanunları”adlı kirtabında yazmışdır. Kəklik əti dietik qida sayılır. Onun tərkibində xolesterin yoxdur. Bu səbəbdən də artıq çəkidən əziyyət çəkənlər kəklik əti ilə qidalana bilərlər. Kəklik əti yemək qanda hemoqlobinin artmasına səıbəb olur. Bu onun tərkibində olan B12 vitamininə görədir. Kəklik əti yemək yaddaşın möhkəmlənməsinə səbəb olur. Şəkərli diabet xəstələrinin kəklik əti yemələrində fayda var. Onun tərkibində olan biotin qanda şəkəırin miqdarını nəzarət altına alır.
Kəklik ətinin zərərli xüsisiyyətləri
Kəklik ətinin zərərləri barədə heç bir yerdə məlumatlara rast gəlinməyib. Yanlız züllalarla əlaqədar genetik xəstəliklərdən əziyyət çəkənlərə kəklik əti yemək tövsiyə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəklik əti" haqqında müzakirə