Koma

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 3 424
  • 0 rəy

Koma.
Koma ( yunanca dərin yuxu) mərkəzi sinir sistemi funksiyalarının kəskin ləngiməsi ilə əlaqədar olan prosesdir. Koma orqanizmin tənzimedici mexanizmlərinin pozulması ilə, huşun və xarici qıcıqlara qarşı reflekslərin itirilməsi ilə xarakterizə edilir. Koma müxtəlif xəstəliklərin təhlükəli ağırlaşmalarından biri sayılır. Koma yaranma səbəblərinə görə aşağıdakı qruplara bölünür:
1. Mərkəzi sinir sisteminin zədələnmə və xəstəlikləri nəticəsində yaranan komalar. Bu xəstəliklərə aiddir:
* insult
* epilepsiya
* kəllə-beyin travmaları
* baş beyinin iltihabı xəstəlikləri
* baş beyin şişləri.
2. Endokrin xəstəlikləri nəticəsində əmələ gələn komalar. Bu xəstəliklərə aiddir:
* diabetik xəstəliklər
* hipokortikoid
* hipotireoid
* hipopituitar xəstəlik
* hormonların həddindən artıq qəbul edilməsi.
3. Elektrrolit, su və enerji itikisi nəticəsində yaranan komalar:
* aclıq
* şiddətli qusma.
4. Qaz mübadiləsinin pozulması nəticəsində yaranan komalar. Bu aşağıdakı hallarda baş verir:
* oksigen azlığı zamanı
* boğulma zamanı.
5. Toksik koma aşağıdakı hallarda baş verir:
* endogen infeksiyalarla zəhərlənmələrdə
* toksikoinfeksiyalarda
* ekzogen zəhərlənmələrdə.
Etiologiyası müxtəlif olan komalar patogenetik cəhətdən bir-birindən fərqlənirlər. Lakin onların inkişaf mexanizmlərində bir sıra ümumi cəhətlər vardır. Komanın bütün növləri beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması nəticəsində baş verir. Bu pozulmalar xəstənin huşunun itirilməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Koma" haqqında müzakirə