Hiperseksuallıq

  • Müəllif: elnare
  • Tarix: 14 yanvar 2017
  • Baxış sayı: 13 945
  • 0 rəy

Hiperseksuallıq.
Cinsi marağın patoloji olaraq güclənməsi və orqazm keçirmək qabiliyyətinin yüksəlməsi hiperseksuallıq adlanır. Hiperseksuallığın 2 növü ayır edilir:
1. Seksomaniya.
2. Nimfomaniya.
Seksomaniya orta yaşlı adamların 3-5 %-ində rast gəlinir. Adətən orqazm yaşamayan və bununla da razılaşmayanlar seksemanlar hesab olunurlar. Bu xəstənin beynində baş verən patoloji dəyişikliklərlə əlaqədar olur və psixoterapevtlərin təyin etdiyi antidepressatların köməyi ilə aradan qaldırıla bilinir.
Nimfomaniya olduqca nadir təsadüf olunan pozulmalardandır. Statistikaya görə qadınlar arasında 2500 nəfərdən orta hesabla yalnız biri bu patologiyadan əziyyət çəkir. Nəzərə almaq lazımdır ki, isti iqlimi olan ölkələrdə nimfomanlara daha çox rast gəlinir. Nimfomanlar yaşından, cinsindən, xarici görünüşündən asılı olmayaraq istənilən şəxslə seksual kontakta can atmağa yönəldilmiş, nəzarətsiz davranışa malik sindrom kimi qiymətləndirmək olar. Onun əsas səbəbləri aşağıdakılardır:
– neyroinfeksiyalar
– travmalar
– baş-beyin travmaları
– beyin şişləri
– şizofreniya
– epilepsiya
– depressiv psixoz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hiperseksuallıq" haqqında müzakirə