SÜD VƏZİLƏRİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 474
  • 0 rəy

SÜD VƏZİLƏRİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ.
Məlumdur ki, süd vəzilərinin piy toxumasının adipositləri estrogenlərin, proqestronun və androgenlərin deposudur. Adipositlər cinsi hormonları sintez etmir, lakin onları plazmadan aktiv çəkir. Apomatazanın təsiri altında androgenlər estradiola və estrona çevrilirlər. Bu proses yaşla əlaqədar olaraq güclənir və süd vəzilərinin xərçənginin əmələ gəlməsi faktorlarından biri olur.
Süd vəzilərinin dishormonal patologiyasının əmələgəlməsində qara ciyərin də rolu böyükdür.
Son illər ərzində süd vəzinin xoşxassəli şişlərinin artmasına meyillilik artıb. 30 yaşına qədər hər 4 qadından birində,  40 yaşdan yuxarı qadınların 60%-ində rast gəlinir. Mastopatiyanın bir-neçə formaya bölmək olur:
Diffuz vəzili fibroz-kistoz mastopatiya:
– vəzili komponentin üstünlüyü ilə
– fibroz kompanentin üstünlüyü ilə
– kistoz komponentin üstünlüyü ilə
– qarışıq forma
Hazırda süd vəzilərinin dishormonal patologiyasını əmələ gətirən risk amilləri öyrənilmişdir. Bunlar aşağıdakılardır:
– irsi amil
– menstrual funksiyanın endokrin pozulmaları
– stress situasiyaları
– hamiləliyin erkən müddətində abort və özbaşına düşüklər
– piylənmə
– gec baş verən ilk hamiləlik və s.
Xəstənin sikayətləri aybaşıönü zamanı döş vəzilərində olan ağırlıq hissindən, ödəmin olmasından və şişkinlikdən olur. Bəzi hallarda ağrı xəstənin qoltuqaltı, çiyin və qol nahiyyəsinə irradiasiya edir.
DİAQNOZU: Diaqnoz xəstənin şikayətlərinə, manual müayinəyə və rentgenomammoqrafiyaya əsaslanaraq qoyulur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi bir-neçə üsulla aparılır:
– cərrahi müalicə
– ümumimöhkəmləndirici və vitaminlərlə müalicə
– fitoterapiya
– hormonal müalicə
Süd vəziləri xəstəliklərinin çox şaxəli olması müalicənin də mürəkkəb olmasını göstərir. Buna görə də qadınlar profilaktik qayadalara əməl etməlidirlər, yəni abortların qarşısı alınmalı, ginekoloqla vaxtaşırı əlaqə saxlamalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SÜD VƏZİLƏRİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ" haqqında müzakirə