Ciftin endokrin funksiyası
Hamiləlik dövründə uşaqlığın daxilində əmələ gələn cift hamilə qadın orqanizminin funksional və morfoloji dəyişikliklərinin tənzimində iştirak edən endokrin orqandır. Cift rüşeymin endometriuma implantasiyasından sonrakı ilk günlərdə əmələ gəlir.
Hamiləliyin dördüncü ayının əvvəlinə qədər xovcuqlarda əmələ gələn Lanqhans hüceyrələrinin həcmi əhəmiyyətli dərəcədə böyüyür. Sonralar xovlu qişanın epitel hüceyrəsi, ciddi dəyikşikliyə uğrayır, lakin xovcuqların diametri bir qədər azalır, onların sayı və qan damarları artır. Hamiləliyin ikinci yarısında sitotrofoblast hüceyrələrinin həcmi azalır.
Hamiləlik dövründə ciftdə müxtəlif hormonlar hazırlanır. Onların bir hissəsi bilavasitə cift toxumasında sintez edilir, bir hissəsi isə ana və döl orqanizmindən prohormon şəkildə buraya gətirilərək növbəti dəyişikliklərə uğrayır. Bu hormonlara aşağıdakılar aiddir.
1. Xovlu qişa qonadotropini.
Lanqhans hüceyrələrində və sionsitiotreofoblastlarda sintez edilən hormondur. Xovlu qişa qonadotropini kimyəvi strukturuna görə qlükoproteindir. Bu hormon sarı cismdə proqestronun sintezini stimulyasiya edir, uşaqlıq əzələsinin yığılmasını tormozlayır.
2. Xoriomammatropin.
Bu ciftin laktogen hormonu sayılır. Bu hormon hamiləlik dövründə laktogen, lüteotrop və somatotrop təsir göstərir. Xorimammatropin hamilə qadının süd vəzilərinin inkişafaını stimulyasiya edir və onları laktasiya dövrü üçün hazırlayır, yumurtalıqda sarı cismin hormonlarının sintezinin stimulyasiya edir və hüceyrəvi immuniteti zəiflədir.
3. Tirotrop və steroid hormonları.
Hamilə qadının orqanizmində müşahidə edilən yüngül hipertrioz vəziyyəti ciftin triotrop hormonunun vəziyyəti ilə izah edilir. Steroid hormonlarının sintezində ciftlə birlikdə dölün endokrin vəzilərinin də rolu vardır.
Hamilə qadının endokrin funksiyasını qiymətləndirmək üçün ən əhəmiyyətli sınaq hamilə qadın orqanizminin bioloji mayelərində estrogenlərin qatııının təyin edilməsidir. Hamilə olmayan qadınlardan fərqli olaraq, qadın orqanizmində estrogenlərin 90%-ə qədərini estriol təşkil edir. Halbuki hamilə olmayan qadınlarda estriolun miqdarı nisbətən az olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ciftin endokrin funksiyası" haqqında müzakirə