Doğuşdan sonrakı hipopituitarizm sindromu

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 587
  • 0 rəy

DOĞUŞDAN SONRAKI HİPOPİTUİTARİZM SİNDROMU
Bu neyroendokrin sindrom doğuş və abortdan sonra coxlu qanitirmədən və ya bakterial şokdan damar spazmı, yaxud qanın damardaxili laxtalanması sindromu nəticəsində, hipofizdə nekrotik dəyişikliklərin inkişafı ilə əlaqədar əmələ gəlir. Bu sindromun əmələgəlmə səbəblərindən biri də hestozlardır.
Klinikası:
Endokrin vəzilərin – ilk növbədə qalxanvari, böyrəküstü və cinsiyyət vəzilərinin müxtəlif dərəcəli hipofunksiyası ilə səciyyələnir.
Hipofiz vəzin trop hormonlarının çatışmazlığından asılı olaraq sindrom tam və natamam formalara bölünür.
Klinik gedişatına görə yüngül və ağır formalara ayırd edilir.
Diaqnostika:
Sorğu əsasında xəstəliyin başlanmasının doğuş və ya abortdan sonrakı ağırlaşmalarla əlaqədar olduğu aşkarlanır, erkən zahılıq dövründə aqalaktika qeyd olunur.
Hormonal müayinələr vasitəsilə hipofizin trop hormonlarının hipofunksiyasının forma və ağırlıq dərəcəsini və bunun nəticəsi kimi bu vəzilərin periferik hormonlarının konsentrasiyasının enməsini aydınlaşdırmaq olur.
Müalicə:
Xəstəliyin formasından asılı olaraq əvəzedici hormonal terapiya aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Doğuşdan sonrakı hipopituitarizm sindromu" haqqında müzakirə