Ektopiya
Ektopiya uşaqlıq boynunu örtən çoxqatlı yastı epitelin potoloji dəyişikliklərinin birinci mərhələsi sayılan uşaqlıq boynunun, uşaqlıq yolu hissəsinə yerdəyişməsi nəticəsində əmələ gələn xəstəlikdir.
Ektopiya 2 cür olur:
– anadangalmə
– qazanılmış.
Qazanılmış ektopiya polietioloji xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində iltihabi, mexaniki və hormonal amillərin rolu var.
İltihabi amillər nəticəsində çoxqatlı yastı epitelin xəfif yerləşmiş zəif əlaqəli layları, mexaniki təsir zamanı müəyyən sahədə zədələnir. Sonra infeksion təsirlər nəticəsində dishormonal fonda ehtiyyat hüceyrələrdən çoxqatlı yastı epiteli əvəz edən slindirik epitel formalaşır. Ektopiya, menstural tsikli pozulmuş qadınlarda, aybaşısı normal olan qadınlara nisbətən 5-6 dəfə çox rast gəlinir.
Əksər hallarda təkqatlı silindirik epitelin çoxqatli yastı epitellə əvəzlənməsi xoşxassəli xüsusiyyət daşıyır. Lakin uzunmüddətli proses baş verdiyində bir sıra xoşagəlməz amillərin təsiri altında atipik dəyişikliklər formalaşır ki, bu da uşaqlıq boynunun xərçənginin inkişafına gətirib çıxarır.
Ektopiyalı xəstələrin bir qayda olaraq şikayətləri olmur. Ginekoloji müayinə zamanı uşaqlıq boynunun ön və arxa tərəfində asimmetrik yerləşən eroziyalar şəklində görünürlər.
Anadangəlmə ektopiyanın inkişafı hamiləlik dövründə ana orqanizminin hormonal təsiri ilə əlaqələndirilir. Yenidoğulmuş qızların 50%-də ektopiya mövcud olur. Cinsi yetişkənliyin başlaması ilə ektopiyanın ölçüləri kiçilir və normada sərhədin yerdəyişməsi baş verir. 21-23 yaşlarında qızlarda yastı və silindirik epitelin qovuşma nahiyyəsi öz yerində yerləşir. Bu proseslərin pozulması epitelin inkişafının ləngiməsinə gətirib çıxarır, yəni ektopiyaya səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ektopiya" haqqında müzakirə