Oruclu xəstələrin iftar süfrəsi

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 129
  • 0 rəy

Oruclu xəstələrin iftar süfrəsi
Oruc tutan hər bir kəs əvvəcə orqanizminin buna hazır olub-olmamasından əmin olmalıdır. Bəzi insanlar vardır ki, onların sağlamlığlarında problem olmağına baxmayaraq, onlar ibadətlərindən qalmırlar. Şəkərli diabeti, qan təzyiqi, mədə bağırsaq problemləri olan adamlar iftar və imsaqda xüsusilə diqqətli olmalıdırlar. Onlar əsasən də iftar süfrəsində yedikləri qidaya diqqətlə yanaşmalıdırlar. Oruc tutan xəstə insanlar yeyəcəkləri qidanı seçərkən öz xəstəliklərini və orqanizmlərinin həssalığını nəzərə almalıdırlar.
Oruc bədənə xeyir vermək üçün tutulur. Əgər oruc tutmaq kiminsə sağlamlığına zərər verəcəkdirsə, həmin orucun savabı qəbul olunmur.
Mədəsində xəstəliyi olanlar
– yeməkləri az-az yeməlidir
– mədəsini iftarda çox doldurmamalıdır
– belini sıxan kəmər varsa iftar vaxtı açmalıdır
– istiotlu, əvdiyyatlı qidalardan istifadə etməməlidir
– qida qəbulundan sonra gəzməlidir.
Qəbizlik problemləri olanlar
– iftar vaxtı içəcəyi çay və şirələri su ilə əvəz eləməlidir
– imsaq vaxtı çörək əvəzinə yulaf əzməsindən istifadə edə bilərlər.
Ürəyində xəstəliyi olanlar:
– ət yeməklərində ətin suyunu içməsələr daha faydalı olar
– əti və toyuğu buğlama şəklində yeməlidirlər
– tərkibində K vitamini olan qidalar qəbul etməlidir (qaysı, soyutma kartof)
Diabet xəstəliyi olanlar:
– oruca başlamazdan əvvəl mütləq həkimlərindən icazə almalıdır
– bol meyvə və ağartı məhsulları yeməlidir
– insulinə və qanda şəkərin miqdarına diqqət yetirməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Oruclu xəstələrin iftar süfrəsi" haqqında müzakirə