Şəkər xəstələri və depressiya

Şəkər xəstələri və depressiya
0 0 13 yanvar 2017 0

Aparılan araşdırmalar şəkərli diabeti olan xəstələrdə depressiya olması faktının digər adamlardan 2 dəfə artıq olduğunu göstərir. Şəkərli diabet xəstəliyi olan adamlar xəstəliklərinin sağalmaz olduğunu bildikləri üçün depressiyaya meyilli olurlar. Xüsusilə də belə xəstələrin mərkəzi sinir sistemində, gözlərində, böyrəklərində, ürək damar sistemində patoloji dəyişikliklər olduğu üçün depressiya riski 2 qat artıq olur. Depressiya xəstələrin hormonal sistemində baş verən dəyişikliklər stress hormonlarının artmasına səbəb olduğu üçün şəkərli diabet xəstələrinin çəkisi də artır. Depressiyada olan xəstələrin əmək qabiliyyəti aşağı düşdüyü üçün onlar az hərəkətli olurlar. Bu səbəbdən də çəkiləri daha da artmağa meyilli olur.
Orqanizmdə baş verən patoloji dəyişikliklər, artıq çəki şəkərli diabet xəstələrində depressiyanın daha da dərinləşməsinə səbəb olur. Bütün bu problemlərlə yanaşı qanda şəkərin miqdarını nəzarət altında saxlamaq çətin olur. Buna görə də şəkərli diabet xəstələrinin fiziki və ruhi xəstəliklərinin aradan qalxmasına ətrafdakılarında kömək etmələri vacibdir.

OXŞAR XƏBƏRLƏR