Oruc tutanlar üçün sağlam qidalanma

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 950
  • 0 rəy

Oruc tutanlar üçün sağlam qidalanma
Ramazan ayında oruc tutanlar aşağıdakılara əməl etsələr sağlamlıqlarının qayğısına qalmış olarlar:
1. Oruc tutan adamlar ramazan ayında iftardan sonra imsaka qədər 1 dəfə yüngül qida alsalar yaxşı olar.
2. İmsakda süd, qatıq, pendir, zeytun, şorba və yüngül yeməklərdən istifadə etsələr yaxşı olar.
3. İftara xurma, zeytun və şorba içdikdən bir müddət sonra ət xörəkləri yeyilsə, daha yaxşı olar.
4. İftardan imsaka qədər 2 litrə yaxın maye qəbul etməlidirlər.
5. İftar vaxtı həddindən artıq şirin şərbətlər, şirniyyatlar qəbul eləməsələr daha məqsədəuyğun olar.
6. Yavaş-yavaş yemək, qidanı ağızda çox çeynəməkdə fayda olduğunu bilmək lazımdır.
7. İftar qurtaqdıqdan sonra qısa məsafədə gəzmək lazımdır. İftar qurtaran kimi televizorun qarşısına keçib oturmaq və ya divanda uzanmaq olmaz.
8. İftar zamanı hisə verilmiş, közdə bişən, qızardılmış yeməklərdən istifadə edilməsə daha yaxşı olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Oruc tutanlar üçün sağlam qidalanma" haqqında müzakirə