Bir yaşlı uşağın qidalanması
İndi uşağın boyunun, zehninin və fiziki fəaliyyətinin artması onun qəbul etdiyi qidalardan tam asılı olur. Ana bu yaşda olan uşağın normal inkişaf etməsi üçün onun qidasını balanslaşdırılmalıdır. Bir yaşı olan uşağa hər cür sıyıq yedirmək mümkündür. Buğdakimilər fəsiləsindən bişirilmiş hər cür sıyıq uşaq orqanizminin mikroelementlərə olan ehtiyacını ödəyir. İndi uşağın bir-neçə dişi çixmiş olur və onun orqanizminin mikroelementlərə və kalsiuma olan ehtiyacı olur.
Bu yaş dövründə də uşaq orqanizminin meyvə-tərəvəz pürelərinə ehtiyacı çox olur. İndi uşağa alma, armud, gavalı və bir çox allergiya verməyən meyvə-tərəvəzlərdən vermək mümkündür. İndi uşağın əlinə quru meyvələrdən verildikdə o ləpələri dişləri ilə xırdalayıb çeynəyərək udmağa çalışır. Bu yaş dövründə uşağın qida rasionuna tərkibində E vitamini olan qidaları əlavə eləmək lazımdır. E vitamini isə ən çox zeytun, qarğıdalı, günəbaxan və digər bitki yağlarında olur.
İndi uşaq süd məhsullarından hər gün istifadə eləməlidir. Bir yaşı olan uşaq gün ərzində ən azı bir dəfə qatıq və ya kəsmik yeməlidir. Onun gündəlik qida rasionunda kərə yağı da olmalıdır. Kərə yağını uşağın sıyıqlarına, püresinə əlavə edib yedirmək mümkündür.
Bir yaşı olan uşaq aşağıdakıları bacarmalıdır:
* özünə aid olan stulda və ya anasının qucağında oturub yemək yeyə bilməlidir
* uşaq az-az böyüklərin qəbul elədiyi yeməklərdən yeməlidir
* uşaq qaşığı əli ilə tutub ağzına aparmalı və yeməyi özü yeməyə çalışmalıdır
* uşaq ac olduğu zaman 250 qrama qədər qida qəbul edə bilməlıdır
Bu qeyd olunanlara hər bir uşaq əməl edə bilmir. Əgər sizin də bir yaşlı uşağınız yuxarıda sadalananları bacarmırsa, o zaman onu danlayıb məcbur etməyə çalışmayın. Zamanla o da buna alışacaq. Unutmaq lazım deyil ki, hər bir uşağın özünəməxsus xüsusiyyətləri olur. Valideyinin bu işdə rolu uşağına səbirlə yanaşmaq və onun hər bir hərəkətini diqqətlə izləmək olmalıdır.
Bir yaşı olan uşaqlara aşağıdakı qidaları vermək olmaz:
1. Əvvələr bir yaşına kimi uşaqlara manna sıyığı verilirdi. İndi mütəxəssislər manna sıyığının hətta bir yaşlı uşağa verilməsinin əleyhinədirlər. Bunun səbəbi isə mannanın draje şəklində olmasıdır.
2. Tərkibində qlüten olan qidaların 3 yaşına qədər olan uşaqlara verilməsi məqsədəuyğun sayılmır.
3. Bir yaşına qədər uşaqlara inək südü vemək məsləhət deyil. Onu yanlız 6 ayından sonra su qataraq uşağa vermək mümkündür.
4. Bir yaşına qədər uşaqlara duza qoyulmuş, hisə verilmiş, konservləşdirilmiş, ədviyyatlı, kəskin qidalar vermək olmaz.
5. Bir yaşına qədər uşaqlara qoz, bal, yumurta ağı, donmuş dəniz məhsulları, sitrus meyvələr vermək olmaz.
6. Bir yaşına qədər uşaqlara pirojna, tort, konfet və başqa şirniyyatlar vermək olmaz.
7. Bir yaşına qədər uşaqlara mağazalalarda satılan hazır qidalardan istifadə etmək qəti qadağandır.
Azyaşlı uşaqlarınızı sağlam və keyfiyyətli qidalarla bəsləsəniz onlar sağlam və xoşbəxt böyüyəcəklər. Uşaqlarınızın sağlam və şən böyümələri üçün onları qida rasionuna xüsusi diqqətlə yanaşın. Çünki uşaqlar bizim gələcəyimizdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bir yaşlı uşağın qidalanması" haqqında müzakirə