Oruc tutmağın insan orqanizminə faydaları
Oruc tutan adamlarda adrenalin və kortizon hormonları qana daha tez keçir. Bu hormonların insan orqanizmində faydası böyükdür. Qan təzyiqinin normada saxlayan bu hormonun xərçəng hüceyrələrinin də çoxalmasının qarşısını aldığı mütəxəssislər tərəfindən sübuta yetirilmişdir.
Oruc tutan adam 1 ay ərzində qidasına diqqətlə yanaşdığına görə bir növ sağlamlığına da diqqətlə yanaşmış olur. Bədəndəki artıq piylər əridikcə, ürək-damar sisteminin fəaliyyəti yaxşılaşır, qara ciyər təmizlənir.
Çox yeyən adamın qanında xolesterol yüksək olur ki, bu da damar keçiriciliyinin pozulmasına səbəb olur. Oruc tutan adam 11 ay ərzində topladığı toksinləri 1 ay oruc tutmaqla təmizləyir.
İldə 1 dəfə oruc tutmaq ən azı 1 ay bədəndə olan bütün orqanların işini yüngülləşdirir.
Oruc tutmaq heç olmazsa ildə 1 ay mədə və bağırsağın dincəlməsinə səbəb olur. Bağırsaqların divarında aylarla toplanmış qida çürüntüləri, bağırsaq daşları orqanizmdən xaric olur.
Oruc tutmaq öz nəfsinə sahib ola bilməkdir. Nəfsini qoruyub saxlayan adamın həm cəmiyyət, həm də Allah qarşısında hörməti böyük olir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Oruc tutmağın insan orqanizminə faydaları" haqqında müzakirə