BADIMCAN HAQQINDA BİLMƏDİKLƏRİNİZ
Badımcan çiy halda yeyilməyən tərəvəz bitkisidir. O suda bişmiş və qızardılmış halda yeyilir. Sizə badımcan haqqında bilmədiklərinizi yazmaq istəyirəm.
Badımcanın tərkibində 8-9% quru, 3-4% yaş şəkər (qlükoza, fruktoza, saxaroza), 20 mq askorbin turşusu, nikotin turşusu, tiamin, riboflavin var. Badımcan tərkibində olan vitaminlərlə deyil, minerallarla da zəngindir. Belə ki, badımcanın tərkibində kalium və kalsium duzları, maqnezium, dəmir, fosfat var.
Badımcan beyin qan dövranını yaxşılaşdırır, qanda hemoqlabinin miqdarını artırır, eritrositlərin yenilınmə prosesini sürətləndirir. Bu xüsusiyyətinə görə hamilə qadınlara bol miqdarda badımcan yemək tövsiyə olunur. İri və içərisində toxumları çox olan badımcanı yemək qandakı alkaholun miqdarını azaldır, alkoholla zəhərlənmələrdə orqanizmi zərəli maddələrdən təmizləyir.
Tərkibindəki bioloji aktiv maddələr sayəsində badımcan orqanların fəaliyyətinə yaxşı təsir göstərir.
Badımcan ürək fəaliyyətini yaxşılaşdırır, aterosklerozun əmələ gəlmə sürətini azaldır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, bağırsaqları artıq şlaklardan təmizləyir, qanda xolesterinin miqdarını azaldır.
Badımcanın şirəsi orqanizmə antiseptic və antibacterial təsir göstərir.
Şərq ölkələrində badımcana uzunömürlülük tərəvəzi deyilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"BADIMCAN HAQQINDA BİLMƏDİKLƏRİNİZ" haqqında müzakirə