Közdə badımcan salatı

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 496
  • 0 rəy

Közdə badımcan salatı.
Lazım olanlar:
– 1 ədəd iri badımcan
– 3 ədəd qırmızı bibər
– 5 ədəd yaşıl bibər
– cəfəri
– zeytun yağı
– pul bibər
– qara istiot
– duz
– yarım limon.
Badımcan çəngəl vasitəsilə bir-neçə yerdən deşilir və bibərlərlə birlikdə közdə bişirilir. Bişdikdən sonra qaynar halda selofan paketin içərisinə qoyulub ağzı bağlanır. Bir neçə dəqiqədən sonra tərəvəzlərin qabığı rahatca soyulur .Daha sonra tərəvəzlər xırda doğranır, limon sıxılır və duz-istiot, pul bibər əlavə edilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Közdə badımcan salatı" haqqında müzakirə