Limonad haqqında bilmədikləriniz

  • Müəllif: elnare
  • Tarix: 25 iyun 2018
  • Baxış sayı: 1 866
  • 0 rəy

Limonad sərinləşdirici alkoholsuz içkidir. Onun tərkibi limon şirəsi, şəkər və sudan ibarətdir. Limonad açıq-sarı rəngdə, limon qoxusuna və təravətləndirici dada malik olur. Limonadı ilk dəfə XVII əsrdə Fransada I Lüdovik dövründə sarayda hazırlamışlar. Sarayda limon şirəsi və zəif limon tinkturasından limonad hazırlanmışdır. Deyilənlərə görə onun hazırlanmasına səbəb təsadüf nəticəsində bir monarxın limos şirəsinin üzərinə şəkər atması olub. Həmin dövrdə kral bu içkini çox bəyənmiş və bütün əhaliyə isti günlərdə limonad içməyi əmr etmişdir. 
Kütləvi surətdə satılan limonadın tərkibi limon şirəsindən, limonada dad və rəng verən süni qarışımdan ibarət olur. Onun hazırlanması zamanı şəkərdən, rəngləndiricilərdən, müxtəlif meyvələrin şirələrindən istifadə edilir. Limonadı konservləşdirərkən isə müxtəlif kimyəvi konservantlardan, qida qatqılarından, ortofosfor turşusundan, benzoate natri və aspartamdan (şəkərəvəzedicilər) istifadə edilir. Limonadın bir çox növləri vardır. Bunlara Sitro, Düşes, Limonad, Buratino, Kren Soda, Baykal, Tərxun və s. aiddir. Limonad 0,5-2,5 litrlik şüşə və ya plastic qablaşdırmalarda satılır.
Limonatın faydalı xüsusiyyətləri
Orqanizm üçün ən faydalı limonad ev şəraitində hazırlanan limonaddır. Limondan hazırlanan limonadın tərkibində C, A, P, B1 və B2 vitaminləri, kalium, kalsium, fosfor və s. olur. Yüksək qızdırma zamanı limonad içmək su balansının normallaşmasına və temperaturun düşməsinə səbəb olur. Limonad içmək soyuqlama, iştahanın azalması, sinqa, oynaq ağrıları zamanı xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Toksikoz zamanı hamilə qadınlara limonad içmək məsləhət görülür. Amma gün ərzində 3 litrdən çox limonad içmək hamilələrdə mədə qıcqırmalarına və aşağı ətraflarda şişkinliklərə səbəb ola bilir. 
Klassik limonad aşağıdakı qaydada hazırlanır:
- 3-4 limon yuyulur, qabığı təmizlənir və şirəsi sıxılır. Limon qabıqlarının üzərinə 3 litr su və 200 qram şəkər tozu əlavə edilib qaynadılır. Soyuduqdan sonra üzərinə limon şirəsi əlavə edilir. Qarışım soyuduqdan sonra hermetik qabda soyuducuya qoyulur. Limonad dar və uzun qədəhlərdə servis edilir. Bu zaman limonad qədəhinin kənarlarını bəzəmək məqsədilə limon dilimi və nanə yarpağı qoyulur. Limonadın qazlı olmağını istəyənlər süfrəyə verməzdən əvvəl ona qazlı su əlavə edə bilərlər. Ona qazlı su əlavə etmək istəyən zaman limon qabıqları qaynadılan suyun miqdarını az etmək lazımdır. Dadlandırmaq üçün limonada ballınanə, şaftalı, ananas, giləmeyvələr və ya ərik əlavə etmək mümkündür.
Limonadın zərərli xüsusiyyətləri
3 yaşına qədər olan uşaqlara limonad içmək məsləhət görülmür.3-6 yaş arasında olan uşaqlara isə gün ərzində 250 ml-dən çox limonad içmək məsləhət görülmür. Böyrək və qaraciyər xəstələrinə təbii üsullarla hazırlanmamış limonad içmək məsləhət görülmür.
Ucuz qiymətə satılan limonadlar orqanizmdə patoloji əlamətlərin əmələ gəlməsinə səbəb ola bilir. Mədə turşuluğu çox olan və sitrus bitkilərinə qarşı allergiyası olanlara təbii limonad içərkən onun miqdarına diqqət yetirmələri tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Limonad haqqında bilmədikləriniz" haqqında müzakirə