Sərinləşdirici içkilər
Qarşıdan isti havalar gəlir. Havalar isindikcə orqanizmin soyuq içkilərə olan meyli artır. Sizlərə bir-neçə sərinləşdirici içki resepti demək istəyirəm.
Çiyələkli kokteyl:
– 450 qram çiyələk
– 300 qram dondurma
– 200 qram süd
– 30 qram şəkər tozu
Çiyələklər yuyulur, dondurma ilə birlikdə blenderdə çalınır. Üzərinə süd əlavə olunub soyuducuya qoyulur.
Çiyələkli limonad:
– 500 qram çiyələk
– 700 ml qazlı su
– 75 qram limon
– 50 qram şəkər tozu
Çiyələkər yaxşı yuyulub təmizlnir, blenderldə şəkər tozu ilə birlikdə püre halına gələnədək üyüdülür. İçərisinə limon şirəsi əlavə olunub su qatılır. Limonad soyuducuda saxlanılır.
Çiyələkli-bananlı kokteyl:
– 1 ədəd banan
– 1 stəkan çiyələk
– 100 qram buz
– 170 qram yoqurt
– 1/4 stəkan qatılaşdırılmış süd.
Buz və yoqurt blenderdə üyüdülür, doğranmış banan və çiyələklər südlə birgə blenderə əlavə edilir. Eynitərkibli kütlə alınanaqədər qarışdırılır. Soyuq halda içilir.
NUŞ OLSUN!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Sərinləşdirici içkilər
15 yanvar 2017
Kokteyl reseptləri
15 yanvar 2017
Zəncəfilli çiyələkli çay
15 yanvar 2017
Zəncəfilli almalı kompot
15 yanvar 2017
Praqa tortu
15 yanvar 2017
Yeni il süfrəniz üçün məxməri banan likörü
22 yanvar 2017
Meyvəli sadə dondurma
15 yanvar 2017
Quş südü tortu
15 yanvar 2017
"Sərinləşdirici içkilər" haqqında müzakirə