Fiz haqqında
Fiz içkisi barədə ilk qeydlər 1887-ci ildə barmen Cerri Tomasa aiddir. O, öz qeydlərində 6 növ fiz resepti yazmışdır. Ən məşhur fiz Amerikada hazırlanmışdır. Bu Cin Fiz adlı içki olub və onun əldə edilməsi üçün bir neçə barmen çalışmışdır. Bu içki uzun illər dünyada ən məşhur fiz olub. Bu barədə fransız aşbazı özünün yazdığı LArT Culinarie Francais kitabında qeyd etmişdir.
Turşa meyilli şirin dada malik Cin Fiz içkisinin tərkibində 30 ml limon şirəsi, 10 ml şəkər siropu və 80 ml qazlı və ya sodalı su olur. Onu şeyker aparatında 1/3 nisbətində buzla qarışdıraraq əldə edirlər. Servis edilən zaman fiz limon dilimi ilə bəzədilir. Bəzi barmenlər bu içkiyə az miqdarda şərab əlavə edərək təqdim edirlər. Ən məşhur fiz kokteyli Ramos Fiz kokteylidir. Onun tərkibində təzə toyuq yumurtası olur. Bu fiz reseptini amerikalı Henri Ramos düşünüb. Fizin hazırlanması 15 dəqiqəyə başa gəlir. Onun hazırlanması əl işi hesab edilir. Ramos Fizinin tərkibində 45 ml cin fizi, 15 ml təzə sıxılmış limon və ya laym şirəsi, 30 ml şəkər siropu, 60 ml yağsız qaymaq, 1 ədəd yumurta, 3 ədəd portağal yarpağı ilə dadlandırılmış su, 1 çimdik vanil var. Onu blenderdə 5 dəqiqə çaldıqdan ssonra üzərinə 5-6 buz kubiki və sodalı su əlavə edilir. Tərkibində alkohol olmayan fiz orqanizm üçün çox faydalıdır. Onun tərkibində olan faydalı meyvə və giləmeyvələr orqanizmə öz müsbət təsirini göstərir. Onu az yaşlı uşaqlara verməkdə fayda var. Tərkibində tərxun, kola, sprayt olan fiz susuzluğu aradan qaldırır. Ərik fizinin hazırlanması zamanı 60 qram ərik ləti, 10 qram limon şirəsi, 1 yumurtanın ağı, 1 çay qaşığı şəkər tozu və 80 ml qazlı sudan istifadə edilir. Əvvəlcə şirə, yumurta ağı və şəkər tozu blenderdə qarışdırılır və sonra üzərinə qazlı su əlavə edilir. Onun tərkibində A, B, C, H, E, PP vitaminləri, kalium, maqnium, dəmir, fosfor, yod və s. minerallar var. Anemiya, mədə turşuluğunun azlığı, qəbizlik, böyrək və ürək xəstəlikləri zamanı ərik fizi içmək çox faydalıdır. Albalı fizinin tərkibi C, A, E, PP, B1, B2, B9 vitaminləri və çoxlu mikro və makro elementlərlə zəngindir. Qanazlığı, mədə-bağırsaq xəstəlikləri qəbizlik və artroz zamanı albalı fizi içməyin faydası çox böyükdür.
Yerkökü fizinin tərkibində C, E, K, B qrup vitaminləri, fosfor, dəmir, mis, kalium, sink və s. minerallar, efir yağları və karotinlə zəngindir. Dəri, selikli qişaların, saç və dırnaqların xəstəlikləri zamanı yerkökü fizi içmək çox faydalıdır.
Fizin zərərli xüsusiyyətləri
Həddindən çox alkohollu fiz içmək alkohol asılılığına səbəb ola bilir.
Hamilələrə, süd əmizdirən qadınlara və 18 yaşına qədər olan uşaqlara alkohollu fiz içmək tövsiyə edilmir. Fizə yumurta əlavə edərkən onun təzə və sağlam yumurta olmasına əmin olmaq lazımdır. Xəstə toyuğun yumurtası qida zəhərlənməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Fiz haqqında" haqqında müzakirə