Qara istiot haqqında bilmədikləriniz.

  • Müəllif: elnare
  • Tarix: 24 iyun 2018
  • Baxış sayı: 3 372
  • 0 rəy

Qara istiot “Piper niqrum” adlı ağacabənzər sarmaşığın məhsuludur. Bu bitki meşədə bitir, acaclara sarmaşaraq onu hər tərəfdən əhatə edir.Sarmaşığın hündürlüyü 6 metrə qədər qalxa bilir. Qara istiot xüsusi olaraq yetişdirildiyi plantasiyalarda onun sarmaşması üçün dayaqlar qoyulur. İstiot yetişən sarmaşığın yumurta formalı, boz-yaşıl rəngli yumşaq yarpaqları olur. Qara istiot kiçik ağ çiçəklər açır. Çiçəklərin yeridə isə kiçik, yumru, möhkəm və acı dada malik meyvələr yetişir. Qara istiotdan istifadə eləmək ürək-damar xəstəlikləri zamanı çox faydalıdır. O damar divarlarını effektiv şəkildə təmizləyir və qanın təmizlənməsinə səbəb olur. O ət, balıq və toyuq məhsullarının dadlandırılmasında istifadə edilir. Qara istiotun vətəni cənub-qərbi Hindistandır(keçmiş Kerala ştatı). Əvvəllər bu torpaqlar Malixabar adlandırılıb. Bu isə tərcümədə “istiot torpaq”deməkdir. Hindistanda qara istiot malixabar giləmeyvəsi adlandırılır. Qara istiot quru yerdə və hermetik qabda saxlanılmalıddır. Saxlanıldığı müddətdən qara istiotun rəngi dəyişilib boz olarsa deməli o öz keyfiyyətini itirmişdir. Bu cür istiot müalicəvi xüsusiyyətini itirmiş olur. Qara istiotun tərkibində pirolin, xavisin, şəkər, müxtəlif fermentlər, efir yağları, nişasta, alkoloidlər, zülallar və vitaminlər var. Qara istiotun tərkibində olan C vitamininin miqdarı portağalın tərkibində olan C vitamininin miqdarından 3 dəfə çoxdur. Onun tərkibi kalum, kalsium, fosfor, karotin və B qrup vitaminlərlə zəngindir. Amma, onu yaxşı saxlamadıqda tərkibində olan efir yağları uçur və tərkibindəkilər öz keyfiyyətini itirir. Qara istiot həzm sisteminin yaxşılaşmasına səbəb olur. Onu salatlara və tərəvəzlərə əlavə eləmək qidaların dadlanmasına səbəb olur. O qidalara isti təsir bağışlayır və orqanizmin də daxildən isinməsinə səbəb olur. Qara istiot tənəffüs yollarında yığılıb qalmış seliyin xaric olunmasına səbəb olur. Onu qidalara əlavə etdikdə qidalar orqanizmə qızıdırıcı təsir bağışlayır. Qara istiot orqanizm üçün faydalı olsa da, ondan həddindən artıq istifadə etmək olmaz. Bu orqanizmdə qıcıqlanmalara və dəridə sinir səbəbli oyanmalara səbəb ola bilir. Qara istiot orqanizmə rahatlıq verir, damarlarda, bronxlarda yığılıb qalmış artıq maddələrin xaric edilməsini sürətləndirir və əmələ gəlməsinin qarşısını alır. Qara istiot yemək dəridə olan yaraların, çibanların sağalmasını sürətləndirir. Üyüdülməmiş yumru istiot dənələrini çeynəyib udmaq mədə şirəsinin sürətlə axmasına səbəb olur. Buna görə də 10-12 qara istiot dənəsini çoxlu çeynəyib udmaq və sonra su içmək lazımdır. Sidik yollarında və həzm sistemində olan olan problemləri həll eləmək üçün qara istiot qatılmış su ilə inhalyasiya eləmək orqanizmə müalicəvi təsir göstərir. Qara istiotla inhalyasiya etmək orqanizmdə olan bakteriyaların məhv olmasına, zərərli maddələrin xaric olunmasına, iştahanın artmasına, həzmin yaxşılaşmasına səbəb olur.  Araşdırmalar qara istiotun ürək-damar xəstəlikləri riskinin qarşısını aldığını, qanı təmizlədiyini, qan dövranını yaxşılaşdırdığını, maddələr mübadiləsini sürətləndirdiyini, kalorini azaltdığını sübut etmişlər.
Bağırsaqlarda toksinlər olduğu zaman, maddələr mübadiləsi pozğunluqlarında, piylənmə zamanı, yüksək temperatur olduqda, soyuqlama və qripp zamanı qara istiotdan istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Qara istiotun zərərli xüsusiyyətləri
Həddindən çox qara istiotdan istifadə etmək orqanizmdə qıcıqlanmalara səbəb olur. Sidik kisəsinin və böyrəklərin kəskin iltihabi xəstəlikləri zamanı qara istiotdan istifadə etmək məsləhət deyil. Mədə və onikibarmaq yarasından əziyyət çəkənlər, allergiya və anemiyası olanlara da qara istiotdan istifadə edən zaman ehtiyyatlı olmaq məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qara istiot haqqında bilmədikləriniz." haqqında müzakirə