Şartrez, faydaları və zərərləri
1. Yaşıl şartrez öz eksklyüziv rəngini tərkibində olan 130 növ bitkidən alır. Onu tək və ya kokteyl şəklində içirlər. Yaşıl şartrez 55*sərtlikdə olur.
2. Sarı şartrez tərkibində zəfəran olan şartrezdir. Onun az miqdar şirin dadı və zəfəran rəngini xatırladan rəngi olur. Sarı şartrez 40*sərtlikdə olur.
3. Qrand şartez müalicəvi bitki tərkibli balzam növünə aid edilir. O 71* sərtlikdə olur və kiçik dozada kokteyllərə əlavə edilərək qəbul edilir.
Şartrez tərkibinə görə də müxtəlif növlərə ayırd edilir.
1. V.E.P. şartrez yaşıl, sarı və balzam şartrez növlərinin hazırlanma texnilogiyası ilə hazırlanır və uzun müddət taxta çəlləklərdə saxlanılır.
2. 900 yaşa malık şartrez yaşıl şartrez dadını xatırladır və o fransız monastrı Qrand Şartrezin 900 illik yubileyinə həsr edilib.
3. Şartrez 1605 qədim şartrez resepti ilə hazırlanıb və gözəl ətrə və dada malikdir. Bu şartrez onun reseptini tərtib edən monarxın 400 illiyinə həsr edilib.
Şartrez kokteyllərin hazırlanması zamanı istifadə edilən içkilərdəndir. Onu eliksirlərə, şampanlara və müxtəlif içlkilərə əlavə edirlər. Kulinariyada şartrezdən kofelərin, şokoladların, dondurmaların, ət və balıq məhsullarının dadlandırılması üçün istifadə olunur. Şartrez likörünün tərkibində müalicəvi dərman bitkiləri olduğu üçün o orqanizmə müsbət təsir göstərir. Şartrez az miqdarda qəbul edildiyi zaman orqanizmə müsbət təsir göstərir.
Onun tərkibindəki dərman bitkiləri qaraciyər və öd yollarına müsbət təsir edərək onların işini sürətləndirir. Şartrez böyrək daşlarının əriməsinə səbəb olur. Şartrez bağırsaqların fəliyyətini yaxşılaşdırır, orada qaz əmələ gəlməsinin qarşısını alır. Şartrez orqanizmə güc verir və fiziki yükü aradan qaldırır. Onun tərkibində olanlar kolit, qastrit, diareya, otit, anemiya, hipertoniya, boğaz və yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı çox faydalıdır. Tərkibində keşniş toxumu olan şartrez spazmları aradan qaldırmaq və ağrıkəsici xüsusiyyətə malikdir. Şartrez likörü yarasağaldıcı, ağrıkəsici təsirə malikdir. Ondan hazırlanan komopresi ağrıyan nahiyəyə qoymaq ağrı hissinin aradan qalxmasına səbəb olur.
Şartezin zərərli xüsusiyyətləri
Şartrez alkohollu içki sayıldığına görə hamilə, uşaqəmizdirən qadınlara və 18 yaşına qədər olan uşaqlara ondan istifadə etmək məsləhət görülmür. Allergiyası olan xəstələrə şartrez içmək məsləhət görülmür. Onun tərkibində olan efir yağları allergik reaksiyalara səbəb ola bilir. Bunu aydınlaşdırmaq üçün isə 10 ml şartrez qəbul edib yarım saat gözləmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şartrez, faydaları və zərərləri" haqqında müzakirə