27 növ bitkidən hazılanan - Benediktin

  • Müəllif: elnare
  • Tarix: 12 iyun 2018
  • Baxış sayı: 1 627
  • 0 rəy

Benediktin(fr. Benedictine – müqəddəs) 27 növ ot bitkisi, bal qarışımından hazırlanan spirtli içkidir. Benediktin 40-45 dərəcə tündlükdə olur və likörə bənzəyir.
İlk dəfə benedikt içkisini 1510-cu ildə Fransanın Fekamp şəhərində müqəddəs Benedikt monastırında hazırlanıb. Onu monarx Don Bernardo Vinçelli hazırlayıb. Onun hazırladığI içkinin tərkibində 75 növ ot bitkisi olub. Bu barədə məlumatlar saxlanılsa da bitki adlarının siyahısı yoxdur. Sonralar 1863-cü ildə üzüm ticarəti ilə məşğul olan Aleksandr Leqran yenidən bu içkinin hazırlanması və satışı ilə məşğul olmağa başlayıb. Bu zaman içkinin adını Leqran adlandırıb. Bu içkinin yenidən istehsalına başladığı üçün ona Deo Optimo Maximo ordeni veriblər.
Benedikt içkisi qızılı rəngdə, şirin və bitki ətrini xatırladan dada malik olur.Onu buz və ya müxtəlif kokteyllər əlavə edərək içirlər.
Qəribə görünsə də 1983-cü ildə bir çox Avropa ölkələrinin ginekoloqları hamiləliyin ilk aylarında baş verən ürəkbulanmanı aradan qaldırmaq üçün qadınlara bu içkidən içməyi məsləhət biliblər.
Benediktin faydalı olmasının səbəbi onun tərkibidə müalicəvi otların olmasına görədir. Gün ərzində 30 qram bu içkidən qəbul eləmək orqanizm üçün çox faydalıdır. Onu çaya da qatıb içmək mümkündür. Az miqdarda benedikt içmək mədə sancıları, köpmə, ishal, spazmlar zamanı çox faydalıdır. Az miqdarda benedikt və bal qarışımı ürək-damar sisteminin tonusunu qaldırır, sinir sistemini sakitləşdirir, depressiyanı aradan qaldırır, arterial təzyiqi aşağı salır.
Bu içkinin müalicəvi xüsusiyyətləri çoxdur. O demək olar ki, bütün orqanlara müsbət təsir göstərir. Soyuqlama, respirator virus xəstəliyi, bronxit, laringit zamanı benedikt içmək çox faydalıdır. Diş ağrıları, stomatitlər və revmatizm ağrıları zamanı benediktlə kompres etmək ağrının azalmasına səbəb olur.  Benediktin tərkibində olan zəfəran maddələr mübadiləsini yaxşılaşdırır, dərini cavanlaşdırır, aybaşı qanaxmalarının azalmasına, qan dövranının yaxşılaşmasına səbəb olur, qara ciyər və öd kisəsinin işini sürətləndirir.
Benediktin zərərli xüsusiyyətləri
Arıqlamaq istəyənlərə benedikt içmək məsləhət görülmür. Onun tərkibində şəkərin miqdarı çox olduğuna görə kalorili içkilərdən hesab edilir. Allergiyadan əziyyət çəkənlərə də benedikt içərkən ehtiyyatlı olmaq məsləhət bilinir. Tərkibində olan bitkilər allergiya reaksiyalarının əmələ gəlməsinə səbəb olur. Xroniki qaraciyər və böyrək xəstələrinə benedikt içmək tövsiyə edilmir. Bu xəstəlik əlamətlərinin kəskinləşməsinə səbəb olur. Hamilələrə, uşaqəmizdirən qadınlara və 18 yaşına qədər olan uşaqlara benedikt içmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"27 növ bitkidən hazılanan - Benediktin" haqqında müzakirə