Şərab
Ağ şərab əldə etmək üçün isə üzümü qıcqırmağa qoymadan əvvəl onun qabığını soymaq lazımdır. Tərkibində şəkərin və sərtliyin miqdarından asılı olaraq şərab sərt, dadlı, yüngül və s. növlərə ayrılır.
Şərabın faydalı xüsusiyyətləri
Bir çox həkimlər az miqdarda şərab içməyin bütün orqanizm üçün faydalı olduğunu söyləyirlər. Bu miqdar gün ərzində 1 qədəhdən çox olmamalıdır. Şərabın tərkibində çoxlu miqdarda fermentlər, meyvə turşuları, B1, B2, C, P vitaminləri, kalsium, maqnium, kalium, fosfor, maqnium mikroelementləri , bioloji aktiv maddələr var. Qırımız şərab resveratrol tərkibli antioksidantdır. O öz xüsusiyyətlərinə görə E vitaminindən 10-20 dəfə güclü antioksidant tərkibə malikdir. Qırmızı şərabda çoxlu miqdar dəmir var. O qanda hemoqlobinin miqdarının artmasına səbəb olur. Qırmızı şərab içmək onurğa beyinin fəaliyyətinə müsbət təsir edir və onun qırmızı qan hüceyrələrinin hazırlanmasında olan fəaliyyətini artırır. Davamlı olaraq az miqdarda qırmızı şərab içmək həzmi sürətləndirir, iştahanı, tüpürcək vəzinin fəaliyyətinin artırır. Qırmızı şərab orqanizə enerji verir, orqanizmdə duzların miqdarını normallşadırır, oynaqlarda duz yığılmasının qarşısını alır.
Şərabın zərərli xüsusiyyətləri
Yanlız təbii şərab orqanizm üçün faydalı təsir bağışlayır.
Həddindən çox şərab içmək ürəyin işemik xəstəliklərinin, qara ciyər sirrozunun, şəkərli diabet xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Hamilələrə və uşaqəmizdirən qadınlara, qaraciyər və böyrək çatışmazlığı xəstələrinə şərab içmək qadağandır. Sistit və antibiotik qəbulu zamanı şərab içmək tövsiyə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şərab" haqqında müzakirə