Marttini haqqında

  • Müəllif: elnare
  • Tarix: 16 iyun 2018
  • Baxış sayı: 3 393
  • 0 rəy

Martini 16-18* tündlükdə olan spirtdən və bitkilərdən hazırlanmış tinkturadır. Martininin tərkibində 35-dən çox bitki var. Bu bitkilərin siyahısında nanə, solmazçiçək, zəncirotu, çobanyastığı, keşniş toxumu, zəncəfil, darçın, yovşan, boymədəran və s. var. Martininin hazırlanması zamanı bitkilərin həm çiçəklərindən, həm də toxumlarından istifadə edilir. İlk dəfə martini 1863-cü ildə İtaliyanın Turin şəhərində hazırlanıb. Martini il dəfə Martini Rossi zavodu hazırlayıb. Onun unikal tərkibi isə qısa bir zamanda bu içkinin məşhurlaşmasına səbəb olub.
Martininin bir neçə növü var.
* Rosso – ağ rəngdə olan martinidir. O 1863-cü ildən ixrac edilir. Onun karamel rəngini xatırladan rəngi, tünd dadı və güclü ətri var. Adətən onu limon, şirə və buzla bərabər qəbul edirlər.
* Bianko –ağ rəngli martınıdır. Biasko 1910-cu ildən istehsal edilməyə başlanılıb. Onun açıq sarı rəngi, şəffaf olmayan görüntüsü, xoş ətri olur. Bu martinini buz və ya qazlı su ilə durulaşdıraraq və ya limonadla birlikdə içirlər.
Rosato - çəhrayı rəngdə olur və 1980-ci ildən istehsal edilir. Bu şərab qırmızı və ağ martinini qarışdırmaqla əldə edilir. Onun dadı mixək və darçın dadını xatırladır.
D,Oro – xüsusi olaraq Almaniya, Danimarka və İsveçrə əhalisi üçün hazırlanıb. Onun sitrus, vanil və bal qarışımını xatırladan ətri olur. Martininin bu növü 1998-ci ildən istehsal edilir.
* Flero – 1998-ci ildə Benilyuks əhalisi tərəfindən hazırlanmışdır. Onun tərkibində olan sitrus meyvələri, xüsusən də qırmızı portağal içkiyə xüsusi dad verir.
* Extra Dry – bu az şəkərli və tərkibində yüksək miqdarda spirt olan martini növüdür. Onu adətən kokteyl şəklində qəbul edirlər.
* Bitter – tərkibi şirin dada və yaqut rənginə bənzər martini növüdür. Bu martini biter içkiləri siyahısına daxildir.
* Rose – çəhrqayı rəngdə, qırmızı üzüm növlərindən hazırlanan yarım quru şərabdır.
Martini 10-12* temperaturda içilir. Onu buz və ya soyuq meyvələrlə soyudurlar. Bəziləri martinini su və ya şirə ilə qarışdırıb içir. Ən dadlı martini isə tərkibində təzə limon və ya portağal sıxılmış martini hesab edilir. Martini iştahanı artırır. Bu səbəbə görə onu yeməkdən əvvəl içirlər.
Martininin faydalı xüsusiyyətləri
Martini bitki tərkibli olduğuna görə o orqanizm üçün faydalı təsir bağışlaya bilir. Tərkibində olan bitkilərin müsbət xüsusiyyətləri orqanizmdə oz təsirini göstərir. Az miqdarda qəbul edilən martini orqanizm üçün çox faydalıdır. Mütəxəssislər gün ərzində 50 ml martini içməyin orqanizm üçün təhlükəli olmadığını qeyd edirlər. Martininin bitki tərkibli olduğu üçün onun faydalı olması barədə Hippokratın əlyazmalarında da qeydlərə rast gəlinib. Az miqdarda martini içmək mədə şirəsinin artmasına, öd axınının sürətlənməsinə və bağırsaqların yaxşı işləməsinə səbəb olur. Martini mədə və bağırsaq fermentlərinin ifraz olunmasını sürətləndirir.
Soyuqlama xəstəliklərinin müalicə və profilaktikasında 50*-ə qədər isidilmiş martini içməyin faydası böyükdür. Bu zaman martiniyə bal və aloe şirəsi əlavə edilir. Soyuq aylarda 100 ml martiniyə 2 xörək qaşığı bal və 2 iri aloe yarpağının şirəsi əlavə edilir və gündə 2-3 dəfə 1 xörək qaşığı içilir.
Stenokardiya, hipertoniya, zamanı martinidə dəmlənmiş damotu çox faydalıdır. Bunun üçün təzə dərilmiş damotu yaxşı yuyulduqdan sonra blenderdə üyüdülərək şirəsi sıxılır və martiniyə əlavə edilib bir gün saxlanılır. Bu müddətdə damotunun faydalı xüsusiyyətləri martiniyə tamamilə qarışmış olur. Bu tinkturadan gündə 25-30 damcı 2 xörək qaşığı suya əlavə edilərək içilir. Andız otunu martinidə dəmləyib içmək orqanizmə möhkəmləndirici təsir bağışlayır. Bunun üçün 20 qram andız otu təmiz yuyulur, xırdalanır və 100 ml suda qaynadılır. Sonra o süzülür və 300 qram martiniyə qatılıb 2 gün saxlanılır. Qarışım gündə 2 dəfə 50 ml olmaqla qəbul edilir.
Martininin zərərli xüsusiyyətləri
Martini orta dərəcə sərtlikdə olan spirtli içkidir. Davamlı olaraq ondan istifadə etmək alkohol asılılığına səbəb ola bilir. Hamilə, uşaqəmizdirən qadınlara və 18 yaşına qədər olan uşaqlara martini işmək tövsiyə edilmir. Tərkibində çoxlu miqdarda bitkilərin olduğuna görə martini allergiyaya səbəb ola bilir. Bu özünü boğaz və tənəffüs yollarında baş verən şişkinliklərlə göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Marttini haqqında" haqqında müzakirə