Vermut içkisinin insan orqanizminə faydaları və zərərləri

  • Müəllif: elnare
  • Tarix: 25 aprel 2018
  • Baxış sayı: 1 706
  • 0 rəy

Vermut(alm. vermut –yovşan)ətirli spirtli içkidir. Onu dərman bitkiləri ilə hazırlayırlar. Vermut 15-20 dərəcə sərtlikdə olur. Vermut içkisinin tarixi çox qədimdir. Onun barədə bizim eradan əvvəl Hippokratın əlyazmalarında da qeydlərə rast gəlinir. Vemutun kütləvi istesalına 1786-ci ildən başlanılıb. Onu şərab istehsalçısı Antonio Benedett kütləvi istehsalına balşayıb. Bu zaman içikinin əsas təkibi ağ şərabın tərkibinə çox yaxın olub. Vemutun hazırlanması bir neçə mərhələdə həyata keçirilir. Onun ətirləndirilməsi zamanı istifadə edilən tozabənzər maddə spirtdə dəmlənir. Bu maddə müxtəli ətirli bitkilərin qurudulmuşundan əldə olunur. Bu bitkilərin siyahısında zəncəfil, acı yovşan otu, andız, ballınanə, çobanyastığı, keşniş, böymədəran, qaraqınıq, qaxotu, nanə və s. var. Bitkilərdən hazırlanan ekstrakt filtirdən keçirilir və şəraba əlavə edilir. Bu zaman şərabın ətri və sərtliyi artır. Vermut şərabı sonra -5 tempraturda bir həftə saxlanılır və yenidən filtir olunur. Şərabın hazırlanması və texniki proseslərin başa çatması üçün 2-12 ay zaman lazım gəlir. Sonra şərab şüşələrə doldurulur. Vermut şərabı tərkibində olan şəkərin miqdarına görə 5 qrupa bölünür.
* tərkibində 4% şəkər olan quru ağ şərab
* tərkibində şəkərin miqdarı 10-15% olan ağ şərab
* tərkibində şəkərin miqdarı 15%-dən çox olan qırmızı şərab
* tərkibində 10% və ondan yuxarı miqdarda şəkər olan çəhrayı şərab
* sərt dada malik balzama bənzəyən şərab
Vermut şərabının faydalı xüsusiyyətləri
Vermut müalicəvi tərkibli bitkilərlə hazırlanan şərabdır. Qədim Yunanıstanda vermut şərabı antiseptik maddə kimi istifadə edilib. Ondan həzmin normallaşması və iştahanın artması məqsədilə istifadə edilir. Ondan xalq təbabətində müxtəlif vasitələr üçün istifadə edilir. Öskürmə, soyuqdəymə xəstəlikləri zamanı az miqdarda vermut içkisinə bal əlavə edib içmək xəstəliyin sağalmasını sürətləndirir. Bu məqsədlə 100 qram şəraba 2 xörək qaşığı bal əlavə edib içmək lazımdır. Bu qarışım qızdırmanın da aşağı düşməsinə səbəb olur. Onu az miqdarda yeməkdən sonra qəbul etmək lazımdır. Boğaz ağrıları zamanı vermut şərabına bənövşə dəmləməsi əlavə edib istifadə etmək lazımdır. Bunun üçün aptekdən bənövşə alıb şəraba əlavə edərək 2 həftə sərin və qaranlıq yerdə saxlamaq lazımdır. Hazır dəmləməni 3 ay müddətində soyuducuda saxlamaq mümkündür. Qarışımdan qarqara vasitəsi kimi istifadə edilir. Mədə və onikibarmağın yara xəstəliyi zamanı vermut şərabına aloe əlavə edib içməkdə fayda var.
Vermutun zərərli xüsusiyyətləri
Tərkibində çoxlu miqdarda ot bitkilərinin olduğuna görə allergiyalı xəstələrə vermut içərkən diqqətli olmaq tövsiyə edilir. Xroniki mədə-bağırsaq, xroniki qara ciyər və böyrək xəstələrinə vermut içmək mələhət görülmür. Hamilələrə, uşaqəmizdirən qadınlara və 18 yaşınadək olan uşaqlara vermut içmək qəti qadağandır. Həddindən çox vermut içmək alkohol asılılığına, qaraciyərin sirrozuna və geridönməz xəstəliklərə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Vermut içkisinin insan orqanizminə faydaları və zərərləri" haqqında müzakirə