Likör və onun orqanizmə faydası, zərəri.
* Bitki tərkibli spirt və ya brendi bir neçə ay dincəlməyə qoyulur.
* Sitrus meyvə və ya giləmeyvədən əldə edilmiş içki filtirasiyadan keçirilir.
* Spirt tərkibli sirop hazırlanır, tərkibinə şəkər tozu əlavə edilir. Şəkər tozunun çox olması likörün çox şirin olmasına səbəb olur.
* Meyvə siropu və spirtli qarışım eyni qabda qarışdırırlır, filtirasiya edilir və şüşələrə doldurulur.
Aşağıdakı növlərdə likörlər hazırlanır:
* sərt(35-45-50*)məşhur Benedictine və Chartreuse likörləri
* desert(25-30*) giləmeyvə və sitrus meyvəsi, tropik meyvə tərkibli Belə likörlərin dadı turşaşirin olur, ən çox turşməzə meyvə və giləmeyvələrin və ya sitrus meyvələrinin qarışımından hazırlanır.
* likör kremi(16-23*) Onun tərkibində 49-60% şəkər olur. Bu likörə yağsız qaymaq əlavə edilir.
Müalicə məqsədilə təbii yollarla hazırlanmış likördən istifadə edilir. Bu yolla hazırlanmış likörün tərkibində süni rəngləndiricilər olmur.
Bütün növ likörlər soyuqlama xəstəliyinin əlamətlərini aradan qaldırmaqda kömək olur. Tərkibi limonlu, portağallı, ballı və nanəli likörlər orqanizmin immunitetini qaldırır və müalicəvi təsirə malikdir. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı likörü hamamda istifadə etmək çox faydalıdır. Bu zaman likörü hamamdakı qaynar daşın üstünə sıçradaraq par əmələ gətirmək lazımdır. Bu zaman bitkilərdə olan efir yağları par vasitəsilə tənəffüs yollarına daxil olaraq müalicəvi təsir göstərir. Gün ərzində az miqdartda likör içmək qan damarlarındakı piy hissəciklərinin əriməsinə səbəb olur.Likörün müalicəvi tərkibi onun tərkibindəki meyvələrdən asılı olur. Ən yaxşı müalicəvi likör moruq likörüdür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Likör və onun orqanizmə faydası, zərəri." haqqında müzakirə