Dağ çiyələyinin faydaları

  • Müəllif: elnare
  • Tarix: 16 iyun 2018
  • Baxış sayı: 2 224
  • 0 rəy

Dağ çiyələyi çoxillik kol bitkisinin meyvəsidir. Çiyələk kolunun hündürlüyü 20 santimetrə qədər qalxır. Onun çoxlu sayda budaqları və qalın kökü olur. Dağ çiyələyi yaşıl, bəzəkli və kənarları dalğalı yarpaqlara malikdir. Onun yarpaqları xırda tükcüklərlə örtülmüş olur. Çiyələk yarpaqlarının dib hisəsindən nazik zoğlar çıxır ki, bunun baş hisəsində də qırmızı giləmeyvə yetişir. Dağ çiyələyi ən çox Şərqi və Qərbi Sibirdə, Qafqazda, Orta Asiyada yetişir. O Günəş düşən ərazilərdə, dağlarda, sahələrdə, meşəllik ərazilərdə daha çox bitir. Çiyələk vegetativ yollarla çoxaldılır. Müalicəvi məqsədlə çiyələyin tam yetişmiş meyvələrindən və yarpaqlarından istifadə edilir. Onun meyvələrinin qurudulmuşundan da müalicə məqsədilə istifadə eləmək mükündür. Meyvələr isti havada kölgəlik yerdə asaraq qurudulur. Qurudulmuş meyvələri isə parça torbada 1 il, yarpaqlarını isə 2 il saxlamaq mümkün olur.
Çiyələyin tərkibi yetərincə karbohidratlar və kalori ilə zəngindir. Bu səbəbdən də çoxlu miqdarda ondan istifadə eləmək artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir. Çiyələkdən hazırlanmış kisel, şirə və müxtəlif qida vasitələri də artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir.
100 qram çiyələyin qida dəyəri:
- Zülallar – 0,8 qr
- Yağlar – 0,4 qr
- Karbohidratlar – 7,5 qr
- Su – 87,5 qr
- Kalori – 41kKal.
Çiyələyin tərkibində şəkər, təbii turşular, liflər, pektin, tanin maddələr, azot birləşmələri, alkoloidlər, dəmir, fosfor, kalsium, kolbat, marqanes, B qrup vitaminləri, karotin, askorbin, fol turşusu və s. var. Çiyələyin təzə yetişmiş meyvələri həzm sistemini yaxşılaşdırır, susuzluğu naradan qaldırır, aclıq hissi yaradır, mədə-bağırsaq sisteminin iltihabi və yara xəstəliklərinin sağalmasına səbəb olur. Çiyələk yemək öd və sididk axarlarının iltihab əlamətlərinin sağalmasına səbəb olur. O qastrit, kolit və dizenteriya zamanı çox faydalıdır. Təzə yetişmiş çiyələyi yemək qan azlığını aradan qaldırır. Çiyələk yarpaqlarından hazırlanmış dəmləmə atereskleroz əlamətlərinin azalmasına, böyrək, sidik kisəsi və öd xəstəliklərinin, babasil, uşaqlıq qanaxmalarının sağalmasına səbəb olur. Çiyələk yarpaqlarını dəmləyib içmək böyrək və sidik kisəsində olan daşların, qumların tökülməsini sürətləndirir, əmələ gəlməsinin qarşısını alır. Çiyələk yarpaqlarından hazırlanmış dəmləmə kolitlər, qastritlər və bağırsaq yaraları zamanı çox faydalıdır. Çiyələk yarpaqlarının dəmləməsi arterial təzyiqin də normallaşmasına səbəb olur. Bunun üçün 20 qram xırdalanmış çiyələk yarpaqlarını 1 stəkan qaynar suda 1 saat dəmləmək və gündə 3-4 dəfə 1 xörək qaşığı olmaq şərti ilə içmək lazımdır. Çiyələk yarpaqlarından hazırlanmış dəmləmənin tərkibində olan vitaminlər atereskleroz xəstəliyinin əlamətlərini azaldır, ürəyin işemik xəstəlikləri zamanı xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Dəmləmə ürəyin işini də asanlaşdırır, ürək ritmlərinin normallaşmasına səbəb olur. Zehni və fiziki yorğunluqlar zamanı, qan azlığında da çiyələk yarpaqlarından hazırlanmış dəmləmə çox faydalıdır.
Müxtəlif mədə-bağırsaq xəstəliklərindən sonra iştahanı bərpa eləmək üçün çiyələk yeməyin və onun yarpaqlarından hazırlanmış dəmləməni içməyin faydası çox böyükdür.
Çiyələk yarpaqlarından hazırlanan dəmləmə gecə sidiyəçıxmanın qarşısını alır, babasil qanaxmalarını kəsir. Bunun üçün 20 qram xırdalanmış çiyələk yarpaqlarını 1 stəkan suda 5-10 dəqiqə qaynatmaq və 2 saat saxlamaq lazımdır. Dəmləməni isti halda, 1 xörək qaşığı olmaq şərti ilə gündə 3 dəfə içmək lazımdır.
Böyrək və sidik daşı xəstəliyində daşların növündən asılı olmayaraq əritmək və tökmək üçün çiyələk yarpaqlarının dəmləməsini içmək lazımdır. Bu zaman 20 qram xırdalanmış çiyələk yarpağı 1 stəkan qaynar suda 2 saat dəmlənməli və gündə 4 dəfə, 1 xörək qaşığı olmaqla qəbul edilməlidir.
Çiyələyin zərərli xüsussiyyətləri
Çoxlu miqdarda çiyələk yemək dəridə səpgilərin, qaşınmaların, baş hərlənməsinin əmələ gəlməsinə səbəb olur.  Hamilələrə çiyələk yemək məsləhət görülmür. Bu uşaqlarda allergik əlamətlərin meydana çıxmasına səbəb olur. Çiyələk azyaşlı uşaqlarda allergiyaya səbəb ola bilir. Bu səbəbdən də mütəxəssislər azyaşlılara çiyələk yedirərkən valideyinlərə diqqətli olmağı məsləhət görür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dağ çiyələyinin faydaları" haqqında müzakirə