Feyxoa
Əslində feyxoa Cənubi Amerika mənşəli bitkidir. Azərbaycan sanki feyxoanın ikinci vətənidir.Subtropik iqlimə malik Lənkəranda,hətta qeyri-subtropik iqlimli Gəncədə və Göyçayda feyxoa becərilir.
2-5 m hündürlüyündə həmişəyaşıl kol (və ya ağac) bitkisidir.Budaqları bozumtul-sarı rəngdədir.Ellips şəkilli qalın dəricikli, üst səthi zeytunu-yaşıl rəngli və parıltılı yarpaqları,uzun saplaqlar üzərində yerləşən xoşətirli iri çicəkləri var.Meyvəsi uzunsov formalı və ya yumurta şəkilli ,çoxtoxumlu giləmeyvədir.Ləti sarımtıl-ağ rəngli,ananasın və çiyələyin dadını və qoxusunu xatırladan xoş dadlı və ətirli kütlədən təşkil olunmuşdur.
Qida və müalicəvi əhəmiyyətli xammal kimi feyxoanin yetişmiş meyvələrindən istifadə olunur.
Yetişmiş meyvələrinin tərkibində 12,5% şəkərlər, 2,25% üzvi turşular, yod, 24,5%su ilə ekstraksiya olunan maddələ,askorbin turşusu və s. aşkar olunmuşdur.
Feyxoanın təzə dərilmiş meyvələri yeyilir,onlardan mürəbbə,kompot,cem,marmelad və s. hazırlanır.
Xalq təbabətində feyxoanın meyvələri qalxanvari vəzin xəstəliklərində, qəbizlikdə,podaqrada,təzə şirəsi isə raxit, sinqa və digər avitaminozlarda istifadə olunur.
Elmi təbabətdə feyxoanın meyvələri mədə-bağırsaq traktının iltihabi xəstəliklərində,hipoasid qastritdə və piolonefritdə, aterosklerozda, qalxanvari vəzin xəstəliklərində,tireotoksikozlarda istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Feyxoa" haqqında müzakirə