Çiyələyin faydaları

  • Müəllif: elnare
  • Tarix: 19 may 2018
  • Baxış sayı: 2 644
  • 0 rəy

Çiyələk çoxillik ot bitkisinin meyvəsi olub gülçiçəklilər fəsiləsinə aidir. Çiyələk kolunun hündürlüyü 15-35 santimetrə qədər qalxır və ağ çiçəklər açır. Çiyələk çiçəkləri 5 ləçəkdən ibarət olur və çiçəkləndikddən 20-26 gün sonra meyvə yetişir. Onun yarpaqlarının kənarları dalğalı və yaşıl rəngdə olur. Çiyələyə meşəlik ərazilərdə, bostanlarda rast gəlmək mümkündür. Onu həyətyanı sahədə yetişdirmək də mümkündür. Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir.
100 qram çiyələyin qida dəyəri:
- Zülallar – 0,7 qr
- Yağlar – 0,3 qr
- Karbohidratlar – 5,7 qr
- Su – 91 qr
- Kalori – 30 kKal.
Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Çiyələyin tərkibində olanlar onun növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətirə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr, vitaminlərdir. Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium(126mq), fosfor(85 mq), kalsium(41 mq), natrium(28mq), maqnium(22mq), dəmir(13 mq), yod(8mq), askoprbin turşusu(50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir.
Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da səbəb olur.
Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır. Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir.  Böyrək daşı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında çiyələk yemək çox faydalıdır. Çiyələk yemək böyrəklərin və sidik kisəsinin iltihabı xəstəliklərinin əlamətlərini azaldır. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəlikləri zamanı çiyələk yemək xəstəliklərin əlamətlərini azaldır. Çiyələk həzm sistemini sürətləndirir, orqanizmə antimikrob təsir bağışlayır, avitaminozun aradan qalxmasına səbəb olur, dərini gözəlləşdirir, angina və stomatit əlamətlərini aradan qaldırır.
Çiyələk yemək orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir.
Çiyələk yemək dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır.
Çiyələyin zərərli xüsusiyyətləri
Çiyələk allergiyaya səbəb ola bilir. Qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə çiyələk yemək məsləhət görülmür.
Appendesit xəstələri də çiyələk yeyərkəın diqqətli olmalıdırlar.
Hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhjət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdəın də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Çiyələyin faydaları" haqqında müzakirə