Qırmızı yemişan
Qırmızı yemişan meşə giləmeyvələrindən sayılır. O əsasən meşələrdə yabanı halda bitir. Qırmızı yemişan əsasən sərin bölgələrdə yetişir və soyuğa davamlı bitkilərdəndir.
100 qram qırmızı yemişanın tərkibində olanlar
- Zülallar – 0,7 qr
- Yağlar – 0,5 qr
- Karbohidratlar – 8,2 qr
- Su – 86 qr
- Kalori – 46 kKal.
Qırmızı yemişanın tərkibi karbohidratlar, faydalı təbii turşular(limon, salisil,alma və s.), pektin, karotin, tanin maddələr, A, C, E vitaminləri ilə zəngindir. Giləmeyvələrin tərkibində 10-15% şəkər(qlükoza, saxaroza, fruktoza), kalsium, kalsium, maqnium, marqanes, dəmir və fosfor var. Tərkibində olan benzoy turşusu sayəsində qırmızı yemişanı uzun müddət konservləşdirilmiş şəkildə saxladıqda onun tərkibi dəyişmir. Qırmızı yemişanın yarpaqları arbutin, tanin , hidroxinon və karbon turşusu ilə zəngindir.
Qırmızı yemişan toxumlarının tərkibində karbonlu yağ turşuları, linolen tapımlışdır.
Müalicəvi təsirləri
Qırmızı yemişan qiymətli müalicəvi bitkilərdən biridir. Ən çox da onun yarpaqları daha yaxşı müalicəvi təsirə malikdir. Bunun üçün onun yarpaqlarını yığraraq qurudub saxlamaq lazımdır. Müalicə məqsədilə qırmızı yemişan yarpaqlarını aprel və may aylarında toplayırlar. Yarpaqlar əllə,ehtiyatla saplaqlarından toplanmaldır. Yarpaqların tamlığının pozulması onun tərkibindəkilərin təsirinin azalmasına səbəb olur. Xalq təbabətində qırmızı yemişandan tonuslandırıcı, yarasağaldıcı, qızdırmasalıcı məqsədlə, sinqa xəstəliyi əleyhinə, avitaminoz zamanı geniş istifadə edilir. Xalq arasında qırmızı yemişan yarpaqlarının dəmləməsindən qurd əleyhinə, dezinteriya, qastritlərdə, hepato-xolisistitdə, mədə şişlərində, antiseptik məqsədlə,uşaqlıq və daxili qanaxmalar zamanı, revmatizmdə, diabet xəstəliyi zamanı istifadə edilir. Qırmızı yemişan yarpaqlarının qaxotu toxumları ilə qarışımından hazırlanan dəmləmə isə enurezlər zamanı çox faydalıdır.
Qırmızı yemişandan hazırlanan ekstrat isə orqanizmə sakitləşdirici və diuretik təsir bağışlayır.
Qırmızı yemişan meyvələrindən hazırlanan esensiya hemopatiyalar zamanı istifadə olunur. Onun təzəsi və qurusu avitaminoz əlamətlərini aradan qaldırır.
Bu giləmeyvə təzyiqin normallaşmasına, nevrasteniya əlamətlərinin aradan qalxmasına səbəb olur, orqanizmə antibakterial təsir göstərir.
Qırmızı yemişan dəmləməsi orqanizmə antiseptik, sidikqovusu təsir bağışlayır. Dəmləmə aşağıdakı qaydada hazırlanır:
2 xörək qaşığı xırdalanmış qırmızı yemişan yarpaqlarının üzərinə 200 ml(1 stəkan) qaynar su əlavə edib su hamamında 30 dəqiqə dəmləmək lazımdır. Dəmləməni 10 dəqiqə soyuduqdan sonra həkimin söylədiyi dozada yeməkdəın 30 dəqiqə əvvəl içmək lazımdır.
Qırmızı gemişan meyvəsinin tərkibində təbii meyvə turşuları, şəkər, vitaminlər var. Tibbdə ondan arterial təzyiqi aşağı salmaq və mədə turşuluğunu artırmaq məqsədilə istifadə edilir. Onun suda hazırlanmış ekstraktı susuzluğu yatışdırır və orqanizmi sakityləşdirir. Bu xüsusiyyətinə görə onu yüksək qızdırmalı xəstələrə təyin edirlər.
Qırmızı yemişan dəmləməsi arterial təzyiqi normallaşdırmaqla yanaşı bağırsaqların da peristaltikasını artırır, bağırsaq möhtəviyyatını yumşaldır, möhtəviyyatın xaric olunmasını sürətləndirir.
Qaraciyər və qəbizlik zamanı gün ərzində 4 dəfə 100 qram qırmızı yemişan dəmləməsi içmək lazımdır. Bu dəmləməni hazırlamaq üçün 200 qram qırmızı yemişanı 400 qram qaynar suda 6 saat saxlamaq və sonra qəbul etmək lazımdır.
Qırmızı yemişan qanda xolesterinin azalmasına səbəb olur, mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, zəif ağrıkıəsici və antidepressant rəsir göstərir.
Qırmızı yemişanın çiçəklərindən xalq təbabətində hamiləliyin saxlanması üçün istifadə edilir. O ağır xəstəliklərdən sonra azalmış iştahanı bərpa edir, orqanizmdə antibiotiklərin və sulfanilamidlərin təsirini artırır, soyuqlama əlamətlərini azaldır.
Qırmızı yemişanın zərərli xüsusiyyətləri
Qırmızı yemişan radioaktiv maddələri özünə çəkmək qabiliyyətinə malikdir. Bu səbəbdən də müalicə məqsədilə yemişan və onun yarpaqlarını toplayarkən avtomobil yollarından uzaqda, sənaye müəssisələrindən çox da yaxın olmayan məsafədə bitən kollardan istifadə edilməlidir. Qırmızı yemişanın meyvəsi mədə turşuluğunun çoxluğundan əziyyət çəkənlər üçün problemlərə səbəb ola bilir. Bu mədə qıcqırmasınıln artmasına səbəb olur. Aşağı təzyiqi olan adamlara da qırmızı yemşandan istifadə edən zaman diqqətli olmaları tövsiyə edilir
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qırmızı yemişan" haqqında müzakirə