Bal və onun faydaları

  • Müəllif: elnare
  • Tarix: 12 may 2018
  • Baxış sayı: 2 246
  • 0 rəy

Bal işçi arıralırın çiçək nektarlarından topladığı məhsuldur. İşlək arılar çiçəklərdən topladıqları nektarı və ş. maddələri udlaq şirəsi ilə qarışdırıb üzüm şəkərinə çevirirlər ki, bu da balın əsas hissəsini təşkil edir. Balın tərkibində olan şəkər fruktoza, saxaroza və qlükoza şəklində olur. Arılar yığdıqları nektarı pətəyə gətirir və orada toplayırlar.
Balın tərkibi sudan, müxtəlif növ şəklərdən və bir çox faydalı maddələrdən ibarət olur. Onun tərkibində olan şəkərin, mineral maddələrin və vitaminlərin miqdarı onun toplandığı bitkilərdən asılı olaraq dəyişir.
Arılar bal toplamaq üçün minlərlə uçuş edir və saysız-hesabsız çiçəklərdən şirə toplayırlar. Pətəyə yığılan balın tərkibində olan su cavan arılra sayəsində buxarlanır. Onun buxarlanması üçün cavan arılar qanadlarını çalararaq buxarın xaric olunmasını sürətləndirirlər.
Balın tərkibində olan şəkəırin miqdarı toplanan bitkilərdən asılı olur. Amma, bu şəkər müxtəlif formalarda olur və orqanizm tərəfindən asan sorulur. Balın tərkibi təbii turşularla, fermentlərlə, vitaminlərlə, minerallarla, ətirli və boyaq maddələri ilə zəngindir.
Bal uzunömürlülük qidası sayılır. Araşdırmalar baldan istifadə edənlərin ömrünün uzun olduğunu aşkar etmişdir. Hətta, mütəmadi olaraq bal yeyənlərin 100 ildən çox ömür sürdükləri sübut edilib.
Bal haqqında bir çox adamların məlumatı yoxdur. Deyilənə görə Makedoniyalı İskəndər Yaxın Şərq ölkələrinə yürüş edənb zaman həlak olub. Onu öz ökləsinə gətirdikdə isə meyidin xarab olmaması üçün balın içərisində konservləşdirib gətiriblər. Bu meyidin xarab olmamasına səbəb olub.
Balın müxtəlif növləri var. Bu onu hazırlayan arıların hansı çiçklərdən hektar toplamalarından asılıdır. Balın müalicəvi xüsusiyyəti də toplandığı bitkilərin müalicəvi xüsusiyyətlərindən asılı olaraq dəyişir. Yaxşı bal zərif qoxuya malik olur. Onun qoxusu toplandığı nektarın qoxusuna bənzəyir. Bal tərkibində 120-ə yaxın maddənin toplandığı bir məhsuldur. Bu maddələrin tərkibində mürəkkəb tərkibli efir yağları, aldehiddlər, keton, alkohol, karboksil birləşmələr olur. Balın çiçəklərdən deyil şəkər və ya şərbətdən istehsal olunduğunu bilmək üçün onu qoxulamaq lazımdır. Bu cür əmələ gələn balın ətri olmur.  Balın rəngi, ətri və keyfiyyəti nektar toplanan çiçəklərin keyfiyyətindən asılı olur. Ən yaxşı rəngə və keyfiyyətə malik olan bal akasiya və cökə balı hesab edilir. Bu ballar açıq rəngə malik olur. Tünd rəngli ballar isə minerallarla zəngin olan ballardır. Bu cür rəngi olan balların tərkibi daha qiymətli və faydalı olur. Təbii və yüksək keyfiyyətli bal almaq üçün aşağıdakılara əməl etmək lazımdır:
* Yoxlamadan keçmiş və əsil bal olduğu təsdiqlənmiş bal almaq.
* Marketinqlə məşğul olanların “toruna” düşməmək üçün onların təriflədiyi balı yoxlatdıraraq almaq.
* Alınan balı qaşıqla test etmək. Təzə bal qaşıqdan tökülmür və onu qaşıqla aldıqda qaşığı aşağı tutan zaman yapışıb qalır.
* Oktyabr ayında yanlız ağ akaasiya balı azca kristallaşır. Bu dövrdə ağ akasiya balından başqa kristallaşan bal əsil bal hesab edilmir.
* Balın hər bir hissəsinin eyni konsistensiyalı olmağına nəzarət etmək.
* Bal alan zaman yaşadığınız ərzinin 500 km yaxınlığı məsafəsinsə istehsal olunan baldan almaq lazımdır.
Balın faydalı xüsusiyyətləri
Bal bitki tərkibli məsuldur. Onun tərkibi A, B1, B2, B6, PP, K, E vitaminləri, pantoten, fol turşusu, 300-ə yaxın mikroelementlər (marqanes, kremin, kalsium, kalium, aliminum, xrom, bor, litin, nikel, sink və c.), çoxlu mminerallar, maddələr mübadiləsini yaxşılaşdıran fermentlər və maddələrlə zəngindir. Balın tərkibində olan A vitamininin miqdarı mal ətindəkindən 60 dəfə çoxdur. Onun tərkibində çoxlu təbii turşular(üzüm, alma, süd,limon, əvəlik və s.), biogen stimulyatorlar, bioloji aktiv maddələr var. Bu maddələr isə orqanizmin həyat əhəmiyyətli funksiyalarına birbaşa təsir edir və ömrü uzadır. Bal insan orqanizmi tərəfindən 100% sorulur. Onun tərkibində enerji verən karbohidratlar var. Buna görə də orqanizmi möhkəmləndirmək və cavanlaşdırmaq üçün bal yeməkdə fayda var.
Bal immuniteti artırır, bakteriasid, iltihab əleyhinə, bəlğəmgətirici təsirə malikdir. O orqanizmə bərpaedici və ağrıkəsici təsir bağışlayır. Xalq təbabətində baldan soyuqlama xəstəlikləri, zəiflik, qan azlığı, cinsi zəiflik, bronxların xəstəlikləri, damar xəstəlikləri zamanı istifadə edilir. Bal xəstəlik əlamətlərinin, öskürmənin azalmasına səbəb olur, mədə fəaliyyətini sakitləşdirir. Yaşlı adamlara sağlamlıqlarının qayğısına qalmaq üçün bal yemək məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bal və onun faydaları" haqqında müzakirə