Qaraciyərini təmizləmək istəyirsənsə, bu içkini hazırla

  • Müəllif: elnare
  • Tarix: 19 yanvar 2017
  • Baxış sayı: 7 245
  • 0 rəy

Qaraciyərini  təmizləmək istəyirsənsə, bu içkini hazırla.
İllərlə qəbul etdiyimiz qidalar qaraciyərimizin yüklənməsinə səbəb olur. Bu zaman qaraciyər öz funksiyasını normal yerinə yetirə bilmir. Qaraciyərin fəaliyyəti zəiflədikdə isə biz baş hərlənmədən, ürəkbulanmadan, zəiflikdən, enerjimizin azlığından və sağ qabırğaaltı nahiyədə ağırlıq hissinin olmasından şikayət edirik. Qaraciyər funksiyasının zəifləməsi həzmin pozulmasına, dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur.
Qaraciyəri ev şəraitində təmizləyərək onun yükünü azaltmaq və funksiyasını yaxşılaşdırmaq mümkündür. Bu xalq təbabəti vasitəsi tamamilə zərərsizdir və ev şəraitində həyata keçirilməsi mümkündür. Bu limonlu-nanəli içkidir. Bu içki qaraciyər daxili damarları və qaraciyəri illərlə yığılıb qalmış toksinlərdən təmizləyir. İçkinin ətri və dadı onun ləzzətlə qəbuluna səbəb olur.
Nanəli-limonlu içkinin hazırlanma qaydası:
* 1 xörək qaşığı limonun şirəsi
* 1 xörək qaşığı portağalın şirəsi
* 3 xörək qaşığı bal
* təzə nanə yarpaqları
* 1 litr su.
Dərin qaba su tökülür və qaynadılır. Yuyulub təmizlənmiş nanə yarpaqları suya əlavə edilir, zəif xodda 5 dəqiqə dəmlənir. Sonra qabdakı su otaq temperaturuna qədər soyudulur. Həmin suya bal, limon və portağalın şirəsi əlavə edilir.
Bu içkidən 10 gün ərzində hər səhər acqarına 1 stəkan qəbul etmək qaraciyəri toksinlərdən təmizləyir və onun fəaliyyətini yaxşılaşdırır.
Daha başqa sadə bir reseptlə qaraciyərinizi təmizləyə bilərsiniz.
Bu vasitə sirroz əlamətlərinin azalmasına səbəb olur.
* 1 kq göy soğan
* 800-900 qram şəkər tozu.
Göy soğan ət maşınından keçirilir və ona şəkər tozu əlavə edilir. Qarışım soyuq və qaranlıq yerdə 10 gün saxlanılır və alınan şirə sxemlə qəbul edilir.
Birinci və ikinci günlər gün ərzində 2 dəfə 1 çay qaşığı qəbul edilir. Üçüncü gün isə gündə 3 dəfə, hər dəfə isə 1 çay qaşığı qəbul edilir. Müalicə 1 ay aparılır və 1 ay sonra yenidən təkrarlanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qaraciyərini təmizləmək istəyirsənsə, bu içkini hazırla" haqqında müzakirə