Qoz yemənın insan orqanizmində əmələ gətirdiyi dəyişikliklər
Qozlar satışa qabığı soyulmuş halda çıxarılır. Buna səbəb isə qoz ləpəsinin pərdəsində zəhərli maddələrin olmasıdır. Ləpəni örtən pərdə isə öz toksiki təsirini qozun qabığı sındırıldıqdan sonra göstərməyə başlyır.
Braziliya qozunun (anakardiya) tərkibində maqnium, fosfor, marqans, sink, yağ digər meyvələrə nisbətən daha çoxdur. Bu qozun tərkibi 82% süzülməmiş yağlardan, 66% yağ turşularından ibarətdir. Bunların isə ürəyə faydası zeytun yağının faydasından daha da artıqdır.
Mütəxəssislərin araşdırmaları süzülməmiş yağların nəinki ürək, hətta şəkərli diabet xəstələri üçün də faydalı olduğunu qeyd edirlər. Bu yağlar qanda triqliseridlərin miqdarını azaldır və infarkt riskini tamamilə aşağı salır.Bu səbəblərdən dolayı həkimlər sağlamlığının qeydinə qalmaq istəyənlərə hər gün bir-neçə Braziliya qozu yeməyi məsləhət bilir. Çünki, bu qoz orqanizmdə aşağıdakılara səbəb olur:
- 1. Qoz orqanizmdə olan qrammənfi və qrammüsbət bakteriyaları öldürür. Buna səbəb də onun tərkibində olan və nadir halda təbiətdə var olan turşuların olasıdır. Bu turşular karies və pnevmoniya əmələ gətirən bakteriyaları məhv edir.
- 2. Hər səhər acqarına qoz yemək öd kisəsindəki xırda daşların tökülməsinə səbəb olur. Həftədə ən az 30 qram qoz yemək öd kisəsi daşlarının əmələ gəlməsinin qarşısını alır.
- 3. Hər gün qoz yemək çəkinin artmaq təhlükəsini aradan qaldırır. Mütəxəssislər 28 ay 8800 qadın üzərində araşdırma aparmışlar. Araşdırma zamanı qadınların yarısına həftədə ən az 2 dəfə qoz yedirmişlər. Araşdırmanın nəticəsi isə qoz yeyən qadınların digər qadınlardan 31% az çəki yığdığını aşkar etmişlər.
- 4. Qoz yemək ürək-damar sisteminin möhkmlənməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qoz yemənın insan orqanizmində əmələ gətirdiyi dəyişikliklər" haqqında müzakirə