Kompotun faydaları

  • Müəllif: elnare
  • Tarix: 30 may 2018
  • Baxış sayı: 3 435
  • 0 rəy

Kompot bir və ya bir neçə meyvənin qarışımından hazırlanan spirtsiz içkidir. Kampotun hazırlanmasında təzə və ya dondurulmuş meyvələrdən və şəkər tozundan istifadə edilir. Kompot yay aylarının ən çox sevilən sərinləşdirici içkilərdən hesab edilir.
Kampotu ilk dəfə Fransızlar hazırlayıb. Onu ilk dəfə XVIII əsrtdə Fransada hazırlayıblar. Həmin zaman ilk dəfə meyvə püresi hazırlanmış və sonra onun üzərinə su əlavə edilərək dadlı meyvə içkisi əldə edilmişdir. Kompotun dadı və ətri onun hazırlanmasında istifadə edilən meyvənin növündən asılı olaraq fərqli olur. 500 qram mevədən kompot hazırlamaq üçün 3-4 litr su və 200-300 qram şəkər tozu lazım olur. Kompotu konservləşdirərək qışa saxlamaq mümkündür. 
Kompot aşağıdakı qaydada hazırlanır.
Kompot saxlamaq üçün istifadə ediləcək bankalar yuyulub sterlizasiya edilir. Sağlam meyvələr yuyulur və qurulanır. Kompotun hazırlanması zamanı iri meyvələrdən istifadə ediləcəksə o zaman meyvələr doğranır. Kompotu giləmeyvələrdən hazırladıqda buna ehtiyac olmur. Doğranmış meyvələr və ya giləmeyvələr bankalara tökülür və üzərinə şəkər əlavə edilir. Kənarda su qaynadılır və bankalar qaynar su ilə doldurulur, qapağı örtülür. Bankalar suda 10 dəqiqə qaynadılır. Kampotun hazırlanmasında istifadə edilən banka və onun qapağı qaynar buxarda və ya mikrodalğalı sobada sterlizasiya olunmalıdır. Kompotu 1 il müddətinə saxlamaq mümkündür.
Kompotun faydalı xüsusiyyətləri
Hazırlandığı meyvələrin tərkibindən asılı olaraq kompotun tərkibində müxtəlif bioloji aktiv maddələr, orqanik turşular, vitaminlər və minerallar olur. Onun tərkibindəki faydalı maddələrin korlanmaması üçün kompotu qaynadarkən bankanın qapağını örtmək lazımdır.
Kompot kalorili içkilərdən hesab edilir. Mütəxəssislər şəkərli diabet xəstələrinə kompotun şəkərdən yox, fruktozadan hazırlanmasını məsləhət görürlər. Soyuqlama, anemiya, zəiflik, qaraciyər, mədə və böyrək xəstəlikləri zamanı kompot içməkdə fayda var. Onu körpə uşaqlara da vermək olur. Yeni doğulmuş uşaqlarda bağırsaq sancılar olduğu zamanlarda mədə mikroflorasının yaxşılaşdırılması məqsədilə ona az miqdarda kişmiş kompotu vermək olur. Bu zaman kişmiş qaynamış su ilə yuyulur və üzərinə qaynar su əlavə edilib 30 dəqiqə qaynadılır. Bu zaman 5-10 ədəd kişmişin üzərinə 200 ml qaynar su tökmək lazımdır. Qaynadıqdan sonra kişmiş kompotu kənarda yarım saat saxlanılır. Kompot yüksək tempraturu aşağı salır. İtburnu kompotunun tərkibi vitamin, mineral və turşularla zəngindir. Soyuq havalarda bir çox xəstəliklərrdən qorunmaq üçün ən yaxşı profilaktik müalicə itburnu kompotudur.
Kompotun zərərli xüsusiyyətləri
Böyrək çatışmazlığından əziyyət çəkənlərə və hamilələrə çoxlu miqdarda kompot içmək məsləhət görülmür. Bu orqanizmdə artıq mayenin yığılmasına və böyrəklərin yükünün artmasına səbəb olur.
Mədə turşuluğu çox olanlara turş meyvələrdən və giləmeyvələrdən hazırlanmış kompot içmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kompotun faydaları" haqqında müzakirə