Kobler haqqında

  • Müəllif: elnare
  • Tarix: 13 may 2018
  • Baxış sayı: 1 714
  • 0 rəy

Kobler desert əvəzinə içilən kokteyl içkisidir. O müxtəlif cür meyvələrin, siropların, alkohol içkilərinin qarışımından hazırlanır. O soyuq halda və içərisində buzla içilir.
Koblerin digər kokteyllərdən fərqi onun hazırlanma texnologiyasından asılıdır. Kobler içilən stəkanın 2/3 hissəsi buzla dolu olur. Stəkanın içərisində isə kiçik hissələrə bölünmüş müxtəlif meyvələr olur. Koblerə təzə alma, banan, armud, portağal, gavalı və s. əlavə edilir. Kobler hazırlayarkən təzə meyvələr olmadıqda konservləşdirilmiş meyvələrdən də istifadə etmək olur. Alkoholu xoşlayanlar koblerə az miqdarda likör də əlavə edə bilərlər. Bu zaman koblerə “şərab sousunda meyvə”deyilir. Kobler əla sərinləşdirici içkidir. Yay günlərində onu içmək insana sərinlik bəxş edir. Ən dadlı kobler ressepti:
- 50 qr çiyələk şirəsi,
- 20 qr moruq şirəsi,
- 20 qr limon şirəsi
- 10 qr vanilli siropla.
Onu hazırlayarkən içərisinə meyvə, giləmeyvələr və buz əlavə edilir. Bu orqanizmi vitaminlə qidalandırır və iştahanın artmasına səbəb olur. Meyvələrdən hazırlanmış koblerin tərkibində, B, C, A, PP, E vitaminləri, minerallar olur. O orqanizmə antioksidant və müalicəvi təsir bağışlayır. Ananaslı kobler ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır, infeksiya əleyhinə təsir edir. Kobler ürəkbulanmanı azaldır, qusmanı kəsir. Hamiləlik zamanı ondan istifadə etmək toksikoz əlamətlərin aradan qalxmasına səbəb olur. Üzərinə kofe və kakao əlavə edilmiş kobler hazırlamaq üçün 20 qr adi şokolad və ya kofe, 10 qram moruq, 20 qram tünd şokolad və 50 qr kəmşirin çay əlavə edilir. Bütün komponentlər stəkanda qarışdırıldıqdan sonra stəkan buzla doldurulur. Kofe və kakaodan hazırlanmış koblerin üstünü qaymaqla bəzəyirlər. Bu növ kobler orqanizmin tonusunu və fiziki gücünü artırır.
Koblerin zərərli xüsusiyyətləri
Bəzi koblerlərin hazırlanması zamanı alkohollu içkilərdən istifadə edilir. Belə koblerdən həddindən çox istifadə etmək alkohol zəhərlənməsinə səbəb ola bilir. Hamilə, uşaqəmizdirən qadınlara və uşaqlara alkohol tərkibli kobler içmək məsləhət görülmür. Kobler hazırlayarkən onun tərkibindəkilərə qarşı orqanizmin allergiyası olub-olmamasını təyin etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kobler haqqında" haqqında müzakirə