İtburnunun faydaları
Bir çox alimlər itburnunun vətəninin İran və Himalay dağları olduğunu qeyd edirlər. İndi demək olar ki, dünyanın bütün ölkələrində itburnu yetişir. Ona səhralarda, Tundra meşələrində də rast gəlmək mümkündür. İtburnu az kalorili giləmeyvələrdəndir. Onun qurusunun 100 qramında 284 kKal var.
100 qram təzə itburnunun tərkibində olan qida dəyəri:
- Zülallar – 1,7 qr
- Yağlar – 0,6 qr
- Karbohidratlar – 22,6 qr
- Su – 62 qr
- Kalori – 110 kKal.
Yetişmiş itburnunun tərkibi zülallar, karbohidratlar, liflər, sərbəst orqanik turşular, çoxlu miqdarda minerallar(kalium, natrium, kalsium, maqnium, fosfor, dəmir, marqanes, xrom, molibden, kolbat və s.), vitaminlər(B1, B2, B6, K, RE, PP, C), tanin, boyaq maddələri, karotin, ribpooflovin, limon və alma turşusu, şəkər, fitonsidlər və efir yağları var. İtburnunun tərkibində olan C vitamininin miqdarı qara qarağatdan 5-10 dəfə, limondan isə 40 dəfə çoxdur. İtburnu dəmləməsi qan-damar sisteminin təmizlənməsinə, maddələr mübadiləsinin yaxşılaşmasına, qan azlığının aradan qalxmasına, böyrək, sidik kisəsi, qaraciyər xəstəliklərinin sağalmasına səbəb olur. İtburnu dəmləməsi sinqa xəstəliyinin müalicəsində çox effektlidir. Itburnudan ümumi möhkəmləndirici, tonuslandırıcı, atereskleroz əlamətlərini azaltmaq, orqanizmin infeksiya xəstəlikləri qarşı olan müqavimətini artırmaq, məqsədilə istifadə edilir. Bu zaman 3 xörək qaşığı xırdalanmış quru itburnu meyvəsini yarım litr suya 15 dəqiqə zəif odda qaynatmaq, gecə boyu saxlamaq və içmək lazımdır. İtburnu dəmləməsinə gün ərzində isti su qataraq çay kimi içmək və ya bal qarışdırıb içməkdə fayda var. Müalicə məqsədilə itburnu kökündən də istifadə edilir.
İtburnu toxumlarından yağın tərkibi yağ turşuları və vitaminlərlə zəngin olur. İtburnu meyvəsi və ya kökünün dəmləməsi orqanizm üçün çox faydalıdır. Bu dəmləmə polivitaminlərlə zəngindir. Dəmləmə orqanizmə ödqovucu, sidikqovucu, təzyiqsalıcı təsir göstərir. Dəmləmə qan damarlarının divarlarını möhkəmləndirir, qırmızı qan hüceyrələrinin miqdarını artırır, immuniteti yüksəldir, mübadiləni, yaddaşı yaxşılaşdırır, cinsi hormonların funksiyasını stimulyasiya edir, xərçəng hüceyrələrinə qarşı dayanır, soyuqlama və qripp xəstəliyini sağaldır, baş ağrılarını aradan qaldırır.
İtburnu dəmləməsinin gözəl ətri və güclü antioksidant təsiri var.
İtburnudan xalq təbabətində geniş istifadə edilir. O avitaminozlar, hipovitaminozlar, infeksiya xəstəliklərinin profilaktikasında istifadə edilir. Onun yarasağaldıcı təsiri var. Onun dəmləməsini yanıqlar və yaralanmalar zamanı içmək çox faydalıdır. İtburnu atereskleroz əlamətlərini aradan qaldırır, zədələnmiş toxumalarda regenerasiyanı sürətləndirir. Bu səbəblərinə görə dermatozlar, trofik yaralar, döş giləsinin çatları zamanı itburnu dəmləməsini içmək çox faydalıdır.
İtburnunun zərərli xüsusiyyətləri
Qan dövranında pozğunluqlar olan xəstələrə itburnu dəmləməsi içmək məsləhət görülmür. Arterial təzyiqi yüksək olan xəstələrə itburnunun spirtdə dəmləməsindən istifadə eləmək olmaz. Spirtdə olan dəmləmə aşağı təzyiqi olan xəstələrə məsləhət görülür. Aşağı təzyiqi olan xəsstələrə isə itburnunun suda dəmləməsindən istifadə eləmək olmaz. Uzun müddət itburnu dəmləməsi içmək qaraciyərin yükünü sürətləndirə və narahatçılıqlara səbəb ola bilər. Bu zaman bəzən sarılıq əlamətləri meydana çıxa bilir. İtburnudan hazırlanan dərman prepatarları ödün ifrazını ləngidir. Onun kökündən hazırlanan dəmləməni qəbizlikdən əziyyət çəkən adamlara təyin etmək patoloji əlamətlərin ortaya çıxmasına səbəb ola bilir. Bunun olmaması üçün qəbizlikdən əziyyət çəkənlər itburnu dəmləməsi içərkən onu ispanaq, şüyüd və ya cəfəri ilə birlikfdə dəmləyib içməlidirlər. Bu qarışımın dəmləməsi bağırsaqlarda qazların xaric olmasını sürətləndirərək qaz əmələgəlmənin qarşısını alır, qəbizliyi aradan qaldırır.
Tromb əmələgəlmədən və tromboflebitdən əziyyət çəkənlərə itburnu və ya tərkibində itburnu olan qarışımlardan istifadə eləmək olmaz.
Ürək damarlarının iltihabi xəstəliklərindən(endokardit və s.)əziyyət çəkənlərə həddindən çox itburnu dəmləməsi içmək olmaz.
Dermatoloji problemləri olan xəstələr itburnu dəmləməsi içən zaman diqqətli olmaları tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İtburnunun faydaları" haqqında müzakirə