Ballınanə (Lat. Melissa) faydaları
Ballınanənin bəzi növlərini ətirli vannalar qəbul etmək üçün istifadə edirlər. Bu vannalar orqanizmin maddələr mübdiləsini yaxşılaşdırır.
Ballınanənin faydalı və müalicəvi xüsusiyyətləri
Bu bitkinin arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, astma, yuxusuzluq, nevralgiya, anemiya və podaqradan əziyyət çəkənlər üçün faydası çoxdur. Ballınanə sidikqovucu, tərlədici, sakitləşdirici təsirə malikdir. O orqanzmə stimullaşdırıcı təsir bağışlayır.
Astmanın bəzi formaları, mədə-bağırsaq, tənəffüs yolları, ürək nevrozları zamanı ballınanə çayı içmək xəstəliyin əlamətlərini azaldır və sağalmasını sürətləndirir. Sinir sistemini sakitləşdirmək və iştahanı artırmaq qabiliyyətinə malik olan ballınanə orqanizmin tonusunu yüksəldir. İsteriyalar, stresslər, əsəsbi gərginliklər, nevrozlar və depressiya zamanı ballınanə dəmləməsinin faydası çox böyükdür.
Miqren və baş ağrılarını da ballınanə ilə sakitlədirmək mümkündür. Bu dəmləmə aritmiya, ürəyin işemik xəstəlikləri, aterslkeroz, yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı çox faydalıdır. Angina, diş ağrıları, ağız boşluğundan xoşagəlməz iy olduğu zamanlarda ballınanə dəmləməsiilə boğazı qarqara etmək xəstəliyin əlamətlərinin azaldır.
Ballınanə dəmləməsini araqla qarışdırıb qulaqlara tökdükdə qulaqlarda olan küy aradan qalxır. Bunun üçün eyni miqdarda ballınanə dəmləməsi və araq götürülməli və qarışdırıldıqdan sonra bir-neçə damcı qulağa tökülməlidir.
Ballınanə cinci həvəsi artırır, yumurtalıq artımlarında olan iltihabi prosesləri sağaldır. Hamilələrə toksikoz zamanı, yaşlı qadınlara klimakterik nevrozlarda ballınanə dəmləməsi içmək tövsiyə edilir.
Ballınanənin zərərli və təhlükəli xüsusiyyətləri
Həddindən çox qəbulu yuxululuğa, arterial təzyiqin aşağı düşməsinə, əzginliyə, nəbzin və nəfəsalmanın zəifləməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ballınanə (Lat. Melissa) faydaları" haqqında müzakirə