Nənələrimiz nə deyib? İtburnu

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 3 743
  • 0 rəy

NƏNƏLƏRİMİZ NƏ DEYİB? İTBURNU
İtburnu bitkisinin müalicəvi təsiri çox qədimdən məlumdur. Xəstəliklərin müalicəsində itburnunun çiçəyindən, toxumundan və dəmləməsindən istifadə edilir. İtburunun faydaları barədə qədim tibbi kitablarda da rast gəlmək olar.
İtburnu tərkibində ən çox C vitamini olan bitkidir. Onun meyvələrindən və toxumlarından dəmlənən çayları aşağıdakı xəstəliklərin müalicəsində istifadə edirlər:
– qan azlığında
– bədən müqaviməti aşağı düşdükdə
– soyuqlamalarda
– vitamin çatmazlığında
– böyrək xəstəliklərində
İtburnunun meyvələrindən dəmlənmiş çay iştahanın olmaması, öd xəstəlikləri zamanı istifadə olunur. Boğaz ağrılarında, ağız gəlməsində toxumlarını bal ilə qarışdırıb ağızda bir müddət saxlayıb udmaq, iltihaba və boğaz ağrısına qarşı əvəzsiz müalicə üsuludur.
İtbunu çayını dəmləyib içmək orqanizmin müqavimətini artırır, soyuqlamanı aradan qaldırır.
İtburnu mürəbbəsi cinsi həvəsi artirir.
İtburnu çayını dəmləyib səhərdən axşama kimi heç nə yeməmək şərti ilə hər 2 saatdan bir içilsə bədəni zəhərli maddələrdən təmizləyir.
Öskürəyin müalicəsində də itburnu çıçəyindən dəmlənən çay çox faydalıdır.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR BİTKİLIƏRDƏN HAZIRLANIR.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənələrimiz nə deyib? İtburnu" haqqında müzakirə