Rozmarin (Lat. Rosmarinus)
Xalq arasında dərman rozmarini və ətotu adı ilə də tanınır.
Qədim zamanlarda rozmarin Elladanın ölümünün simvolu sayılıb. Qədim Misirdə rozmarinin sevgi ilahəsi Afroditanın və Elladanın şərəfinə yetişdiyinə inanarlarmış.
Qədim Romada bu çiçəyin sehirli gücü olduğuna və bu səbəbdən də daima göy rəngdə çiçək açdığına inanarlarmış. Rozmarinin yetişdirmək o qədər də asan deyil, buna səbəb isə onun – 12* C davam gətirə bilməməsidir. Bu səbəbdən do soyuq ölkələrdə onu dibçəkdə və ya qapalı məkanlarda əkirlər. Rozmarinin boyu yarım metrə qədər qalxa bilir. O göy-mavi rəngdə çiçək açır və qulluq tələb eləmədən yabanı halda bitir. Rozmarin bitən sahələr uzaqdan göy rəngli xalçaya bənzəyir. Bu bitki əsasən boş sahələrdə və ya plantasiyalarda bitir. Rozmarini iyun, iyul və avqust aylarında toplayırlar.Bu bitki bal verən bitki hesab edilir və arılar tərəfindən çox sevilir. Rozmarin ən çox Avropa və Aralıq dənizi ölkələrində bitir. Bitkinin çiçıkləri xırda, yarpaqları isə nazik və uzun olur. Onun gövdəsi yoğun, bulanıq-yaşıl rəngdədir. Müalicəvi rozmarinin əsasən yarpaqlarından istifadə edilir. Onun cavan yarpaqları müalicə üçün daha faydalı hesab ediir. Əsasən də bitki çiçəkləməmiş onun uc yarpaqlarının tərkibindəkilər müalicə məqsədilə çox faydalı sayılır. Onun yarpaqlarında alkoloidlər,efir yağları və rozmarin turşusu var.
Rozmarinin faydalı və müalicəvi xüsusiyyətləri
Rozmarinin suda dəmləməsi arterial təzyiqi qaldırır, orqanizmi tonuslandırır, ağrı hissini aradan qaldırır, ürəyn işini normallaşdırır, aybaşının baş verməsini sürətləndirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Rozmarin (Lat. Rosmarinus)" haqqında müzakirə