Şokoladlı likör
Lazım olanlar:
* tünd şokolad – 200 qram
* araq – 1,5 litr
* vanil – az miqdar
* süd – 2 stəkan
* şəkər tozu – 1 kq
* su – 300 ml.
Yuxarıda yazılanlardan 2,5-3 litr likör alınır.
Hazırlanma qaydası:
Şokolad sürtkəcin xırda gözündən keçirilir, üzərinə araq və az miqdar vanil əlavə edilir, soyuducuda 1 həftə saxlanılır. Qarışım gün ərzində bir-neçə dəfə qarışdırılır. Bir həftə sonra süd, su və şəkər tozundan sirop hazırlanır. Bunun üçün qarışım qaynadılır və soyumağa qoyulur. Soyuduqdan sonra şokolad qarışımı siropa əlavə edilir, süzülür və şüşə qabda soyuducuda saxlanılır. Hazır likörü soyuducuda 1-2 həftə saxlamaq mümkün olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Motsart tortu
22 yanvar 2017
Qozlu keks
15 yanvar 2017
Yeni il süfrəniz üçün məxməri banan likörü
22 yanvar 2017
Şokoladlı dondurma
15 yanvar 2017
Quş südü tortu
15 yanvar 2017
Kokteyl reseptləri
15 yanvar 2017
Şokoladlı milfoy xəmirdən tort
15 yanvar 2017
İtigo to kivi (yapon mətbəxi)
15 yanvar 2017
"Şokoladlı likör" haqqında müzakirə