Kisel
Kiseli ev şəraitində də hazırlamaq mümkündür. Bu zaman meyvə və ya giləmeyvələrin üzərinə şəkər və nişasta əlavə edilib bişirilir. Mağazalarda kimyəvi üsullarla əldə edilmiş hazır kisellər satılır.
Mütəxəssislər insanlara ev şəraitində hazırlanmış kiseldən istifadə etməyi məsləhət bilirlər. Bu aşağıdakı qaydada hazırlanır:
Təzə meyvə və ya giləmeyvə blenderdə üyüdülür. 250 qram meyvə püresinin üzərinə 2 litr su, 3 qaşıq şəkər tozu əlavə edib bişirilir. Kənarda 100 ml suya 1-2 xörək qaşığı kartof nişastası əlavə edib qarışdıraraq həll edilir və qaynayan meyvə suyunun üzərinə tökürür. Bu zaman isə qazanı dayanmadan qarışdırmaq lazımdır. Sonra hazır kisel 10 qədidə soyudulur və stəkanlara süzülür. Onu isti və soyuq halda içmək olur.
Kiselin tərkibində nişasta olduğuna görə o kalorili qida hesab edilir. Onun tərkibində çoxlu miqdarda vitamin və minerallar var. Onu qida əvəzi qəbul eləmək olur. Mədə şirəsinin və turşuluğunun çoxluğundan, qastritdən və mədə-bağırsaq yaralarından əziyyət çəkənlərə kisel içmək çox faydalıdır. Kisel mədə turşuluğunun aradan qalxmasına yardım edir. Kiselin tərkibində faydalı təbii turşular var. Alma tərkibli kisel görməni yaxşılaşdırır, qırmızı qan hüceyrələrini artırır və mədə-bağırsaq xəstəliklərinin profilaktikasında istifadə edilir.
Giləmeyvə tərkibli kisel qaraciyər və öd kisəsinin fəaliyyətini sürətləndirir. O ödün əmələ gəlməsini sürətləndirir, ödün rənginin və tərkibinin dəyişməsinə səbəb olur.
Albalı tərkibli kisel yuxarı tənəffüs yolları xəstəliklərinin sağalmasını sürətləndirir, iltihab əlamətlərinin aradan qalxmasına səbəb olur, ağ ciyər xəstəliklərini sağaldır.
Portağaldan hazırlanmış kisel orqanizmin C vitamininə olan tələbatını ödəyir, orqanizmin immunitetini artırır.
Kisel içmək selikli qişaların qıcıqlanmalarını aradan qaldırır, mədənin sekresiyasını normallaşdırır.
Kiselin zərərli xüsusiyyətləri
Kiselin tərkibində karbohidratların çox olduğuna görə o artıq çəki və allergiyaya səbəb ola bilir. Tərkibindəki meyvələrə qarşı orqanizmin allergiyası olduğu zamanlarda kisel allergiya əmələ gətirə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kisel" haqqında müzakirə