Göyərçin əti
- Müəllif: elnare
- Tarix: 29 aprel 2018
- Baxış sayı: 3 624
- 0 rəy
Göyərçin ətindən istifadə etmək Avropa, Cənub-Qərbi Asiya və Şimali Afrika ölkələrində daha çox yayılmışdır. Qədim zamanlanarda isə ev şəraitində göyərçinlərin böyüdülməsi ilə məşğul olanlar olub. Yabanı halda göyərçinə çay kənarlarında, dağlıq ərazilərdə, düzənliklərdə və ya tarlalarda rast gəlmək mümkündür. Onları əhliləşdirib ev heyvanı kimi artıqmaq mümkündür. Belə ki, göyərçinlər yemləndikləri yeri asanlıqla yaddaşlarında saxlayır və onu yedirənlərə qarşı sadiq olurlar. Təbiətdə göyərçinlər 3-5 ildən çox yaşaya bilmirlər. Nadir hallarda ev göyərçinlərinin ömrünü uzadaraq daha çox, hətta 15 ilə qədər uzatmaq olur. Göyərçinin bədəni 29-38 sm uzunluğunda, qanadlarının uzunluğu isə 50-67 sm, çəkisi isə 260-380 qrama qədər olur. Göyərçin saatda 185 kilometr məsafəyə uça bilir. Göyərçinin təbiətdə 200-dən çox növü vardır. Onların 30 rəngi və rəng çalarlarında olan növlərinə rast gəlinir. Göyərçin əti kalium, kalsium, maqnium, fosfor, dəmir, selen, sink, A,B1, B2, B9, PP vitaminləri ilə zəngindir.
Göyərçin ətində az miqdarda hüceyrəarası yağ vardır. O yağsız, zülallallarla və aminturşularla zəngindir. Göyərçin əti dietik ətdir. O qəbul edildikdən sonra mədədə ağırlıq hissi əmələ gətirmir. Göyərçin ətində bir az şirinlik olur. Göyərçin ətini övçulardan və ya xüsusi mağazalardan almaq olur. Göyərçin əti almaq istəyərkən onun təzəliyinə əmin olmaq lazımdır. Təzə göyərçin ətinin dərisi açıq bənövşəyi, ətinin rəngi isə qırmızı rəngdə olur. 100 qram göyərçin ətində 13 qram zülal, 15 qram yağ və 242 kKalori var.
Göyərçin ətinin zərərli xüsusiyyətləri
Göyərçin ətinin zərərləri barədə heç bir məlumata rast gəlinməyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Göyərçin əti" haqqında müzakirə