Dəvəquşu ətinin faydaları
Dünya bazarlarında və qida sənayesində mal ətindən nə qədər çox istifadə edilirsə, Avropa və Asiya ölkələrində də dəvəquşu əti çox məşhurdur. Onun qiyməti dünya bazarlarında çox bahadır. Onun döş ətinin qiyməti daha çox bahadır və dünyanın ən bahalı restoranlarında servis edilir. Dəvəquşu ətinin dadı mal ətinin dadına bənzəyir. Onun rəngi tünd qırmızı olur. Dəvəquşu ətinin rəngi onun yaşından da asılı olaraq dəyişə bilir. Belə ki, cavan dəvəquşu ətinin rəngi qırmızı olur. O yaşlandıqca isə ətinin rəngi tündləşir. Dəvəquşu əti ən yaxşı dada malik olan ətlərdəndir. Onu sitrus meyvələrindən hazırlanmış souslarda bişirdikdə daha da dadlı olur. Onun ən dadlı hissəsi budlarıdır. Bud hissənin tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Onu adətən zəif və azyaşlı uşaqları yedizdirmək üçün istifadə edirlər. Dəvəquşunun bud əti ən yaxşı delikateslərdən hesab edilir. Dəvəquşu ətindən sousların, qarnirlərin, delikateslərin, qızartmaların hazırlanmasında istifadə edilir. Onu meyvə-tərəvəz, dəniz məhsulları, kartof və düyü ilə də bişirirlər. Dəvəquşunu bişirən zaman odun istisini güclü eləmək lazım deyil. Bu zaman ət gec bişir və bərk olur. Bişirilmə prosesi zamanı odun istisini 60*- dən artıq etmək məsləhət deyil. Dəvəquşu ətindən ən çox Namibiya, Keniya, İtaliya, Yaponiya, Çin və Rusiyada istifadə edilir. Dəvəquşu əti az kalorili ətlərdəndir. Onun tərkibi hind quşunun tərkibinə çox oxşayır. 100 qram dəvəquşu ətinin qida dəyəri:
- Zülallar – 21,7 qr
- Yağlar – 1,2 qr
- Kalori – 98 kKal.
Dəvəquşu əti B qrup vitaminlər, PP, E vitaminləri, orqanizm üçün lazım olan kalsium, kalium, maqnium, selen, sink, marqanes, nikel, kolbat, natrium, fosfor və s. elementlərlə zəngindir. Yağsız dəvəquşu ətinin tərkibindəkilər orqanizmin fiziki gücünü artırır və onun ağır xəstəliklərdən sağalmasına yardım edir. Onun tərkibi proteinlərlə zəngindir və onda xolesterin yoxdur. Tərkibində olan nikotin turşusu dəvəquşu ətinin dietik və müalicəvi təsirlərini artırır.
Tərkibindəkilər dəvəquşu ətinin faydalı olduğunu təsdiq edir. Onun tərkibində olan zülallar orqanizmin həyat fəaliyyəti üçün vacib olan zülallardır. Dəvəquşu ətinin tərkibində olan kalumun miqdarı ürək-damar xəstələri üçün çox faydalıdır. Kaliumun miqdarı arterial təzyiqin normallaşmasına və ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq ürəyin fəaliyyətini yaxşılaşdırır. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq, ürəyin işini yaxşılaşdırmaqla yanaşı, anemiya, şəkərli diabet və arterial təzyiqlə əlaqədar olan problemlərin aradan qalxmasına səbəb olur. Ağır xəstəliklərdən xilas olmaq və orqanizmin müdafiə gücünü artırmaq üçün dəvəquşu əti ilə qidalanmaq lazımdır. Dəvəquşu əti həzmi sürətləndirir, orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir. Dəvəquşu dərisinin alt hissəsində olan yağı dəriyə sürtdükdə ekzema və epitelizasiya zamanı meydana çıxan zədələnmələr qısa bir zamanda sağalır. O dəri qıcıqlanmalarını, qaşınmaları aradan qaldırır.
Dəvəquşu dərisini ağrıyan oynağa qoyub bağladıqda ağrı hissi aradan qalxır.
Dəvəquşu əti yemək dəri, babasil yaralarının, artrit, tronboflebit xəstəliyinin sağalmasını sürətləndirir. Dəvəquşu əti ilə qidalanmaq saçların uzanmasını sürətləndirir, baş dərisi ilə olan problemlərin aradan qalxmasına səbəb olur.
Oynaq xəstəlikləri, uzun müddət sürən xəstəliklər və iltihabi proseslər zamanı dəvəquşu əti yeməyin faydası çox böyükdür.
Kosmetologiyyada dəvəquşu əti
Dəvəquşu yağından bahalı kremlərin hazırlanması zamanı istifadə edilir. Bu yağ qocalmanın qarşısını alır və dərini qidalandırır.
Dəvəquşu yağından hazırlanmış maskanı üz və boyun nahiyəyə sürtdükdə dəriyə liftinq təsiri bağışlayır. Bu yağ dəridəki çapıqların yerini sağaldır və ləkələri yox edir.
Dəvəquşu yağının tərkibində süzülməmiş yağ turşuları var. Onun bioloji tərkibi kosmetologiyada tətbiqinin geniş olmasına səbəb olur.
Dəvəquşu yağı quru dərilər üçün əla müalicə vasitəsidir. Bu yağın iyi olmur və dəriyə heç bir allergik təsir eləmir.
Dəvəquşu ətinin zərərli xüsusiyyətləri
Dəvəquşu ətinin orqanizm üçün hec bir zərəri yoxdur, amma ondan ilk dəfə istifadə edən zaman diqqətli olmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dəvəquşu ətinin faydaları" haqqında müzakirə