Yeni il içkiləri - Almalı qlintveyn

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 2 026
  • 0 rəy

Yeni il içkiləri
Almalı qlintveyn
Lazım olanlar
* alma - 1 ədəd
* portağal - 1 ədəd
* qırmızı kəmşirin şərab - 750 ml
* qırmızı üzüm şirəsi - 250 ml
* bal - 4 xörək qaşığı
* mixək - 4 ədəd
* darçın - 1 çubuq
* anason toxumu - bir-necə ədəd
* qara istiot dənəsi - 5 ədəd
Hazırlanma qaydası
Alma və portağal təmizlənir,dilimlənir dərin şirli qazana qoyulur.Meyvələrin üzərinə şərab və üzüm şirəsi əlavə edilib,bal,mixək və anason toxumları qatılır.Qazandakılar ehtiyatla qarışdırılır və zəif odun üstünə qoyulur.Qazandakı məhlul 70*-ə qədər qızdırılır,amma qaynanmasına yol verilmir.
Qlintveyn süfrəyə qədəhlərdə verilir.
Nuş olsun! 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yeni il içkiləri - Almalı qlintveyn" haqqında müzakirə