Qırmızı şərab və qırmızı üzüm – xərcəngin dərmanıdır

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 2 079
  • 0 rəy

Qırmızı şərab və qırmızı üzüm – xərcəngin dərmanıdır.
Qırmızı şərabın tərkibində resveratrol vardır ki, bu da qulağın eşitmə qabiliyyətinin azalmasının qarşısını alır. Bu barədə Henri Ford “Otolarinqologiya – baş və boyun cərrahiyyəsi” adlı məqaləsində geniş yazmışdır. Henri Ford bunu uzun müddət apardığı araşdırmaların nəticələrinə əsaslanaraq yazmışdır. Neyroxirurq qırmızı şərabın səs aparatına, beyində olan hüceyrələrin yenilənməsinə, qocalığa, Alsheymer xəstəliyinə qarşı bir vasitə olduğunu xüsusilə vurğulamışdır. O, qırmızı şərabın və qırmızı üzümün tərkibində insan orqanizmindəki xəstəliklərə qarşı bioloji maddələrin olduğunu öz məqaləsində yazmış və onun iltihab əleyhinə təsir vasitəsi olduğunu dönə-dönə qeyd etmişdir. 20 nəfər üzərində aparılan araşdırmalarda 6 həftə gündə 40 mq resveratrol qəbuil edən damar xəstələrinin damardakı iltihablardan xilas olduğu təsdiq olmuşdur.
Heyvanlar üzərində aparılan araşdırmalarda isə resveratrol qəbulundan 50-90 dəqiqə sonra beyin hüceyrələrində yenilənmə və qan damarlarında axan qanın sürətinin artdığı qeyd olunmuşdur.
Araşdırmalar resveratrol molekulunun sağlam hüceyrələrin xərçəng hüceyrələrinə qarışmağa qoymamasını da sübuta yetirmişdir. Çünki resveratrol sərbəst radikallara qarşı mübarizə aparan sistemləri hərəkətə gətirərək orqanizmi qoruyur. Resveratrol mədə, döş, prostat, qalxanvari vəzi xərçənginin əmələ gəlməsinin qarşısını ala biləcək təsirə malikdir. Əgər xərçəng əmələ gəlmişsə, uzun müddət resveratrolun qəbulu tədricən xəstə hüceyrələri öldürmək qabiliyyətinə malik olduğunu göstərir, yəni tədricən xəstə hüceyrələrin azaldığı qeyd olunur. Təbii yolla resveratrolu qırmızı şərab və qırmızı üzümdən ala biləcəyinizi düşünərək süfrənizdən bu qida vasitələrini əskik etməyin. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq orqanizmin resveratrola olan ehtiyacı 100-500 mq arası dəyişir.
Hesablamalara görə 150 ml qırmızı şərabda 0,3 – 0,7 mq resveratrop mövcuddur. Şərabın növlərinə görə tərkibindəki resverartolun miqdarı da fərqli olur. Yəni şərab nə qədər tünd olarsa, onun tərkibindəki resveratrolun miqdarı bir o qədər yüksək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qırmızı şərab və qırmızı üzüm – xərcəngin dərmanıdır" haqqında müzakirə