Almalı dondurma

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 092
  • 0 rəy

Almalı dondurma.
Lazım olanlar:
– 3 ədəd alma
– 1 armudu stəkan şəkər tozu
– 1 iri stəkan qırmızı şərab
– 1 çubuq darçın
– 6 ədəd qoz
– 6 ədəd dondurma.
Hazırlanması :
Almaların qabıqları soyulur, üst tərəfindən qapaq şəklində kəsilir, çəyirdəkləri çıxarılır. 10 sm dərinliyində tavada düzülüb üzərinə şəkər tozu və qırmızı şərab tökülür. Almalar yumşalsın deyə zəif xodda bişirilir. Almalar tam yumşaldıqda tava odun üstündən götürülür, soyumağa qoyulur. Almalar boşqaba qoyulur, içərisinə otaq şəraitində yumşaldılmış dondurma doldurulur, üzərinə almaların qapaq şəklində kəsilmiş hissəsi əlavə edilir. Tavada qalan sous almaların üstünə əlavə edilib, soyuducuya qoyulur. Zövqə görə darçın və qozla bəzədilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Almalı dondurma" haqqında müzakirə